Öz səsi ilə bütün dünyada məşhur olan, parlaq istedadı
ilə ürəkləri
fəth edən görkəmli müğənni
Müslüm Maqomayevin
ölüm xəbəri
böyükdən-kiçiyə
hamını kədərləndirmişdir.
Hər kəs bu kədəri kimləsə bölüşməyə
ehtiyac duyur. Onlardan biri, Azərbaycan Yazıçılar
Birliyinin sədri, xalq yazıçısı
Anar AzərTAc-a bildirmişdir:
- Çox böyük
müğənnini, gözəl insanı, ləyaqətli bir
şəxsiyyəti itirdik. Müslüm
Maqomayev doğma Vətəni Azərbaycanla,
Azərbaycan da öz böyük oğlu ilə fəxr edirdi. Müslüm Maqomayevin işıqlı, yaraşıqlı
siması qəlbimizdə,
təkrarsız səsi
isə qulaqlarımızda
daim yaşayacaqdır.
Azərbaycan.- 2008.- 29 oktyabr.- S. 4.