Vəfalı T.

 

Qızılhacılıda mədəniyyət mərkəzi

 

Goranboy rayonunun Qızılhacılı qəsəbəsində müasir kitabxanası olan mədəniyyət mərkəzinin yaradılmasına start verilib. Adıçəkilən obyektdə milli-mənəvi dəyərlərimiz - tariximiz, ədəbiyyatımız, musiqimiz, xalq tətbiqi sənəti, xalçaçılıq folklorumuz təbliğ olunacaq. Orada rəsm qalereyası, gənclərin istirahəti üçün kino zalı, pulsuz kompüter ingilis dili kursları da yaradılacaq. Eyni zamanda sözügedən mərkəzdə elektron kitabxana, oxu zalı uşaq kitabxanası da fəaliyyət göstərəcək. Yeni obyektin 2009-cu ilin əvvəllərində istifadəyə veriləcəyi gözlənilir. Onu da bildirək ki, yerli ekspertlər Goranboy rayonunda belə bir mədəniyyət mərkəzinin yaradılmasını gələcəkdə turistlərin bu bölgəyə cəlb olunmasına müsbət təsir edən amillərdən biri sayırlar.
   

Həftə içi.- 2008.- 24 oktyabr.- S. 8.