Azərpaşa Nemətov: "Müslüm Maqomayevi doğma
vətənində
dəfn etmək qərarı çox müdrik addımdır"
Teatr Xadimləri
İttifaqının sədri, xalq artisti Azərpaşa Nemətov
AzərTAc-ın müxbirinə məxsusi
müsahibəsində demişdir:
- Bülbül adına orta-ixtisas musiqi məktəbində SSRİ xalq artisti, dünya şöhrətli müğənni Müslüm Maqomayevlə birgə oxumuşam. Mən ikinci, o isə yeddinci sinifdə oxuyurduq. Həmişə Yeni il şənliklərində Müslüm ispan musiqisi ifa edərdi. Biz çox heyranlıqla ona qulaq asardıq. Sonralar Müslüm dünya şöhrətli müğənni oldu. Hələ SSRİ döyründə Müslüm 31 yaşında sovet dövrünün ən yüksək - SSRİ xalq artisti adına layiq görüldü. Buna nail olmaq hər istedadlı gəncin hünəri deyildi. Həmin dövrdə o, ən populyar estrada ifaçılarından biri idi. Mübaliğəsiz deyə bilərəm ki, Müslüm həqiqətən milyonların sevimlisi idi. Pərəstişkarları onu sevir, o da onlara eyni məhəbbətlə cavab verirdi. Bütün qastrollarında müğənni dəfələrlə çoxsaylı tamaşaçıların qarşısında mehmanxanaların balkonlarından çıxış edirdi. Konsertləri həmişə stadionlarda açıq hava şəraitində keçirdi. Müslüm keçmiş SSRİ-də Fransada yüksək səviyyədə konsert vermiş ilk müğənni idi.
Ulu öndər Heydər Əliyevin təklifi ilə onun yazdığı
"Azərbaycan" mahnısı
bütün dünyada
Azərbaycanı tanıtdı.
O, çox qeyrətli,
mərd bir Azərbaycan oğlu idi. Mən çox
fəxr edirəm ki, Azərbaycan xalqı da onu
sevir. Çox sevindirici haldır ki, bu gün
Azərbaycan hökuməti
onu belə uca tutur. O, Azərbaycana
məxsus idi, Azərbaycan torpağının
oğlu idi. Müslüm Maqomayevi doğma vətənində
dəfn etmək qərarı çox müdrik addımdır.
Respublika.- 2008.- 29 oktyabr.- S. 6.