Dilbər Əbdürrəhmanova: Müslüm Maqomayevi bütün dünyada sevir alqışlayırdılar"

 

Daşkənddəki Əlişir Nəvai adına Opera və Balet Teatrının baş dirijoru, SSRİ-nin və Özbəkistanın xalq artisti Dilbər Əbdürrəhmanova böyük müğənni Müslüm Maqomayevin vəfatı ilə əlaqədar AzərTAc-ın xüsusi müxbirinə demişdir: "Müslüm Maqomayevi həm Amerika, həm Fransa, həm İtaliya, ümumiyyətlə, bütün dünyada sevir və alqışlayırdılar. Onun ifasında səslənən mahnılar, ariyalar öz ecazkarlığı, gözəlliyi, emosionallığı ilə sevilirdi. Bu nəhəng müğənni Azərbaycan musiqisinin gözəl təblığatçısı idi hər bir mahnını böyük məhəbbətlə, ürək yanğısı ilə ifa edirdi. Deyirlər, əvəzolunmaz insan yoxdur, lakin təkrarolunmaz insan var. Müslüm Maqomayev təkrarolunmaz sənətkardır".

 

Azərbaycan.- 2008.- 30 oktyabr.- S. 3.