Xuraman Qasımova: Dünyaya
ikinci Müslüm Maqomayev gəlməyəcək
Azərbaycanın xalq artisti Xuraman Qasımova AzərTAc-ın müxbirinə məxsusi müsahibəsində
demişdir: "Kədərli
xəbərlərə hazır
olmaq mümkün deyildir. Ruhən yaxın, həqiqətən
istedadlı insanların
dünyadan köçməsinə
öyrəşə bilmirsən.
Bu, baş verəndə isə kövrək xatirələr
çözələnir və
səni bu insanla bağlayan hər bir məqam
yaddaşında təzələnir"...
Xuraman xanım
vurğulamışdır ki, Müslüm Maqomayevin
yaratdığı musiqi mədəniyyəti tarixində
bütöv bir dövrdür. Onun adı respublikamızın
mədəni həyatının
şanlı illəri
ilə bağlıdır.
Milyonların sevimlisi olan Müslüm dəyişkən dəb,
tamaşaçıların ötəri marağı arxasınca qaçmırdı,
yalnız istedadı və təkrarsız ifasının cazibəsi ilə milyonların qəlbini fəth etmişdi. O, opera ariyalarını çox gözəl ifa edirdi. Estrada səhnəsində də
böyük şöhrət
qazanmışdı.
Ağzınacan dolu
zallar, qucaq-qucaq gül-çiçək,
əfsanələr, çoxsaylı pərəstişkarlar
Maqomayevin həyatının böyük hissəsi idi. Buna baxmayaraq, o, daxili ləyaqət
hissinə sadiq olan və öz
istedadını düzgün
qiymətləndirməyi bacaran,
sözün həqiqi
mənasında, çox
təvazökar insan idi. O, səsi ilə deyil, qəlbi ilə oxuyurdu. Zənnimcə, dünyaya ikinci Müslüm Maqomayev gəlməyəcəkdir.
Azərbaycan.- 2008.- 28 oktyabr.- S. 4.