İosif Kabzon: “Son əsrin ən parlaq səhifələrindən biri bağlanıb

 

Ötən gün Moskvada Çaykovski adına konsert zalında SSRİ Xalq artisti Müslüm Maqomayevlə vida mərasimi keçirilib. Böyük növbə ilə başlayan matəm mərasiminə Azərbaycan, Rusiya bir sıra ölkələrin tanınmış simaları qatılıblar. Mərhumun cənazəsinin yanında onun həyat yoldaşı, opera müğənnisi Tamara Sinyavskaya oturub. Daha sonra sənət dövlət adamları bir-birlərini əvəz ediblər. Həmin saatlarda zalda M.Maqomayevin ifasında mahnıları səsləndirilib. Böyük monitorlar isə onun fotolarını işıqlandırıb.

Matəm mərasimində çıxış edənlərdən biri, tanınmış müğənni İosif Kabzon xatirələrini bölüşərkən bildirib ki, son əsrin ən parlaq səhifələrindən biri bağlanıb: "Çox təəssüf ki, biz Müslümü itirdik. Yeganə təsəllimiz onun lent yazılarıdır. Onu tanıyanlar üçün bu səs yazıları Müslüm Maqomayevin böyük istedadını xatırladacaq, tanımayanlara isə onun talantının açılış olacaq".

Xatırladaq ki, cənazə axşam saatlarında xüsusi təyyarə ilə Bakıya yola salınıb.

 

Kaspi.- 2008.- 29 oktyabr.- S. 16.