M.Adıgözəlzadə: "Biz həmişə ondan nümunə götürürdük"
Azərbaycanın xalq
artisti, SSRİ xalq artisti Müslüm Maqomayevin ecazkar
səsini dinləyənlərin onu dəfələrlə
alqışladığı Azərbaycan Dövlət
Filarmoniyası onunla son görüşə
hazırlaşır. Ölkəmiz burada, Müslüm
Maqomayevin məşhur babasının adını
daşıyan filarmoniyanın zalında öz böyük
oğlu ilə vidalaşacaqdır. Zəmanəmizin
görkəmli müğənnisi ilə vida
mərasimindən bir gün əvvəl AzərTAc-ın
müxbiri filarmoniyanın direktoru, respublikanın
əməkdar artisti Murad Adıgözəlzadə ilə
söhbət etmişdir.
M.Adıgözəlzadə demişdir: "Azərbaycan, bütün musiqi aləmi tarixi şəxsiyyəti itirmişdir. Belə bir oğul yetirmiş xalq, böyük və ya kiçikliyindən asılı olmayaraq xoşbəxtdir. Müslüm Maqomayev ilə mənim ilk görüşüm Mstislav Rostropoviçin uzun fasilədən sonra Bakıya gəlişi zamanı olmuşdur. Müslüm Maqomayev onunla birgə gəlmişdi və biz Bakı Musiqi Akademiyasında görüşdük. Müslüm Maqomayev vaxtilə indiki Akademiyanın binasında yerləşən, indi Bülbülün adını daşıyan musiqi məktəbində oxuduğu dövrü qısaca xatırladı. Sonra Azərbaycanın Moskvadakı səfirliyində bir neçə dəfə görüşdük. Səfirlik hər il mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ad gününə və Böyük Vətən müharibəsində Qələbə gününün ildönümünə həsr edilmiş tədbirlər keçirirdi. Mən Müslüm Maqomayev ilə bərabər həmin tədbirlərdə fəal iştirak edirdim".
Murad Adıgözəlzadə
demişdir: "Biz həmişə Müslüm
Maqomayevlə fəxr edirdik və ondan nümunə götürməyə çalışırdıq".
Respublika.- 2008.- 29 oktyabr.- S. 6.