Yusifqızı S.

 

Qobustan qoruğunda  Mədəni irsimizi qoruyaq  mövzulu tədbir keçirilib

 

Bugünlərdə Qobustan Milli Qoruğunda "Mədəni irsimizi qoruyaq" mövzusunda tədbir təşkil edilib. Qoruğun direktoru Məlahət Fərəcova çıxışında bildirib ki, Azərbaycanda ilk qaya rəsmlərinin yerləşdiyi Qobustan ərazisi 1966- ildə dövlət qoruğu elan olunub: "Qobustan qaya rəsmlərinin öyrənilməsi qorunması sahəsində uzun müddət aparılan tədqiqatlar nəticəsində 1000-ə qaya üzərində 6000-dən çox abidə qeydə alınıb. Azərbaycan xalqının qədim tarixi mədəniyyətinin öyrənilməsilə bağlı ən mühüm obyektlərdən hesab edilən qoruğa daima dövlət tərəfindən qayğı göstərilib". M.Fərəcova 1950-1960- illərdə qoruq ərazisində yerləşən Böyükdaş, Kiçikdaş, Yazılıtəpə bölgələrində fəaliyyət göstərən daş karxanalarının işinin dayandırıldığını qeyd edib. Bu addım Azərbaycan mədəni irsinin qorunmasına dair proqrama əsasən atılıb. Tədbirdə çıxış edən digər qonaqlar da daş karxanalarının fəaliyyətinin dayandırılmasını qoruğun dövlətin diqqəti, qayğısı ilə əhatə olunmasını yüksək qiymətləndiriblər. Tədbirin bədii hissəsində Lökbatan Sahil qəsəbələrində yerləşən musiqi məktəbinin şagirdləri konsert proqramı ilə çıxış ediblər.


 
525-ci qəzet.- 2008.- 10 oktyabr.- S. 7.