Moskva Müslüm Maqomayevlə vidalaşdı
Moskvada SSRI xalq artisti
Müslüm Maqomayevlə
vida mərasimi keçirilib. Ümümrusiya
Azərbaycan Konqresinin
Moskva bölməsinin
rəhbəri Ilqar Hacıyevin APA-ya verdiyi məlumata görə, vida mərasimi mərhumun dəfələrlə çıxış
etdiyi Çaykovski adına Konsert Zalında onun ifa etdiyi mahnıların
sədası altında keçirilib. Mərasim Bakı vaxtı ilə saat 11.00-da başlayıb.
Saat 13.00-da isə rəsmi hissə olub. Müslüm Maqomayevin yeganə qızı Marina həyat yoldaşı Aleksandr Kozlovski ilə birlikdə atasının dəfn mərasimində iştirak
etmək üçün
dünən ABŞ-dan
Bakıya gəlib. Marina atası ilə Moskvada keçirilən vida mərasimində iştirak
etmək istəsə
də, Rusiyaya viza ala bilməyib.
Bu səbəbdən də o, ABŞ-dan
birbaşa Bakıya gəlib. Marinanın 7 yaşlı oğlu Müslümün (Alan) isə babasının ölümündən xəbəri
yoxdur. M.Maqomayevin xanımı Tamara Sinyavskaya bu xəbəri uşağa çatdırmağı lazım
bilməyib. Kiçik
Müslüm dünya
şöhrətli babasını
çox sevirmiş, tez-tez onlara qonaq gəlirmiş. T.Sinyavskaya hesab edir ki, babasının
ölüm xəbəri
uşağa pis təsir edə bilər. Amerikada qızı ilə yaşayan M.Maqomayevin birinci həyat yoldaşı Ofeliya da dəfn mərasimində
iştirak etmək istədə də, nəvəsi ilə qalmaq məcburiyyətindədir.
O, müsahibəsində M. Maqomayevin hazırkı həyat yoldaşı T.Sinyavskaya ilə çox yaxşı münasibətlərinin olduğunu
deyib: “Müslümlə
məni bağlayan şeylər çox uzaqda qalıb. Tamara mənim ərimi əlimdən almayıb, onlar biz boşanandan sonra tanış olublar. Sinyavskaya Marinanı öz qızı kimi sevir, qızım nəvəmlə tez-tez atasının yanına gedirdi".
Azadlıq.- 2008.- 29 oktyabr.- S. 15.