Müslüm Maqomayev
təkcə Azərbaycanın
deyil, bütün dünyanın müğənnisi
idi
Görkəmli və
təkrarsız müğənni Müslüm Maqomayevin
vəfatı respublikamızın musiqi ictimaiyyətini
dərindən kədərləndirmişdir. Görkəmli
bəstəkar, dövlət mükafatı laureatı Arif
Məlikov öz kədərini telefonla AzərTAc-a belə
ifadə etmişdir:
- Azərbaycan xalqına
böyük itki üz verib. Ölkəmizin
görkəmli şəxsiyyətlərindən
biri, böyük istedada malik müğənni Müslüm
Maqomayev dünyasını
dəyişib. Azərbaycan
xalqının yaddaşında
Müslüm həmişə
parlaq ulduz kimi qalacaqdır. Allah tərəfindən ona böyük istedad, gözəl boy-buxun verilmişdi. Yüzlərlə lent yazısı Müslümün
səsini həmişə
xalqa çatdıracaqdır.
Müslüm Maqomayev təkcə Azərbaycanın
deyil, bütün dünyanın müğənnisi
idi.
Azərbaycan.- 2008.- 29 oktyabr.- S. 4.