Müslüm Maqomayev vətənpərvər insan idi

 

Xalqımızın istedadlı oğlu, xalq artisti Müslüm Maqomayev öz ifaçılıq sənəti məharəti ilə dinləyicilərin tamaşaçıların sonsuz sevgi məhəbbətini qazanmışdı.

Akademik Budaq Budaqov AzərTAc-ın müxbirinə qısa müsahibəsində demişdir ki, M.Maqomayev özünəməxsus, bənzərsiz və uğurlu sənət yolu keçmişdir. Dünyanın ən məşhur konsert salonlarında onun ifa etdiyi mahnı romanslar dinləyicilərini riqqətə gətirmiş heyrətləndirmişdir. M.Maqomayev həm sözün əsl mənasında vətənpərvər şəxsiyyət, doğma Azərbaycanı sonsuz məhəbbətlə sevən bir insan idi. Onun nurlu xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.

 

Azərbaycan.- 2008.- 28 oktyabr.- S. 4.