Müslüm Maqomayevin cənazəsi Vətənə
gətirilmişdir
Zəmanəmizin görkəmli
müğənnisi Müslüm
Maqomayevin cənazəsi
oktyabrın 28-də Bakıya gətirilmişdir.
Cənazəni Moskvadan
gətirən xüsusi təyyarə yerli vaxtla saat 20.30
radələrində hava limanında yerə endi.
Əfsanəvi
musiqiçinin ömür-gün yoldaşı Tamara Sinyavskaya
da həmin təyyarə ilə Bakıya gəlmişdir.
Heydər Əliyev
adına Beynəlxalq Hava Limanında matəm ovqatı
vardı. Cənazəni gətirən təyyarəni
mədəniyyət və
turizm naziri vəzifəsini icra edən Əbülfəs Qarayev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Hacıbala Abutalıbov
və digər rəsmi şəxslər,
ziyalılar, incəsənət xadimləri
qarşıladılar.
Müslüm Maqomayevin
cənazəsi xüsusi avtomobilə – katafalka qoyularaq,
paytaxtın Əjdərbəy məscidinə aparıldı.
Xalq qəzeti.- 2008.- 29 oktyabr.- S. 6.