Müslüm Maqomayevin ölməz sənəti Azərbaycan xalqının milli iftixar mənbəyidir

 

Azərbaycan Milli Konservatoriyasının professoru Nazim Kazımov AzərTAc-a müsahibəsində bildirmişdir ki, görkəmli müğənni və bəstəkar, Azərbaycanın və SSRİ-nin xalq artisti Müslüm Maqomayevin ölməz sənəti xalqımızın milli iftixar mənbəyidir.

Peşəkar musiqi xadimləri ömürlərini mədəniyyət və incəsənətin inkişafına, insanların mənən kamilləşməsinə, həyatın bədii-estetik qavranılmasına xidmətə sərf edirlər. İnsanları öz sənəti ilə düşündürən, xeyirin, nurun, haqqın, sülhün, sevginin, nəcibliyin həyati fəlsəfəsini musiqinin dili ilə insanlara dərk etdirən, öz musiqi əsərləri ilə onlara yüksək mənəvi yaşantılar, mənalı və gözəl həyat bəxş edən sənətkarlar həqiqətən də xoşbəxtdirlər. Çünki onlar yaratdıqları bədii dəyərlər ilə insanların əbədi rəğbətini, məhəbbətini qazanır, ürəklərdə öz möhtəşəm sənətkar heykəlini ucaldır, həmişəyaşarlıq qazanaraq məxsus olduqları xalqın milli iftixarına çevrilirlər. Müslüm Maqomayev məhz belə sənətkarlardan idi və onun əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır.

 

Azərbaycan.- 2008.- 30 oktyabr.- S. 3.