Azsaylı xalqların mədəni irsinin qorunması problemləri mövzusunda dəyirmi masa

 

Azərbaycan Respublikasının Mədəniyyət Turizm NazirliyiAzərbaycan doğma diyardevizi altında azsaylı xalqların incəsənəti II respublika festivalı çərçivəsində keçirilənAzərbaycanda yaşayan azsaylı xalqların mədəni irsinin qorunması problemlərimövzusunda dəyirmi masa keçirmişdir.

Muzey Mərkəzində keçirilən tədbiri nazir müavini Sevda Məmmədəliyeva giriş sözü il açdı. Sonra akademik Teymur BünyadovunHeydər Əliyev milli azlıqlar", professor Vaqif ArzumanlınınAzərbaycan Respublikasında azsaylı xalqlara milli azlıqlara dövlət qayğısımövzusunda geniş məruzələri dinlənildi.

“Azərbaycanda yaşayan milli azlıqların mədəni irsinin bəzi etnoqrafik xüsusiyyətləri” (tarix elmləri namizədi Emil Kərimov), “İctimai Televiziyada azsaylı xalqların folklorunun qorunması” (Moisey Bekker), “Makedoniyalı İsgəndər dövründə Azərbaycanın kiçik etnosları” (İlhami Cəfərsoylu), “Azərbaycan tatarlarının dilində türkizmlər” (filologiya elmləri namizədi Gülsüm Hüseynova), “Azərbaycan-tatar ədəbi əlaqələri XIX-XX əsrlərdə” (filologiya elmləri namizədi Mənzər İbrahimova), “XX əsrin əvvəllərində Azərbaycanda polyak mədəni mərkəzləri” (filologiya elmləri doktoru Gülər Abdullabəyova ) və digər məruzələr maraqla qarşılandı. Elmi məzmunlu bu məruzələr toplu halında nəşr olunacaqdır.


Xalq qəzeti.- 2008.- 9 oktyabr.- 2008.- S. 6.