Yuli Qusman: Müslüm Maqomayev dünyada yaşayan bütün azərbaycanlıların sevimlisi idi

 

Tanınmış aktyor kinorejisyor Yuli Qusman dahi müğənni Müslüm Maqomayevin ölümünü böyük kədər hissi ilə qarşıladığını bildirmişdir. O, AzərTAc-ın müxbirinə müsahibəsində demişdir: УMüslüm Maqomayevin ilk yaradıcılıq uğurları yadımdadır. Hələ çox cavan ikən Müslümün göylərdə parlayan ulduz kimi başladığı zəfər yürüşü bugünədək davam edir. Bu gün Moskvanın Zəfər meydanına gəlmiş insan kütləsi Çaykovski adına konsert salonunda izdihamlı vida mərasimi Müslümün daim qəlblərdə yaşayacağının sübutu idi. O, dünyada yaşayan bütün azərbaycanlıların sevimlisi idi. İnsan üçün bundan böyük xoşbəxtlik ola bilməz. Mən Prezident İlham Əliyevə əfsanəvi müğənninin Bakıda Fəxri Xiyabanda dəfn olunması üçün göstərdiyi təşəbbüsə görə minnətdarlığımı bildirirəmФ.

Xalq qəzeti.- 2008.- 29 oktyabr.- S. 6.