İdrisoğlu A.

 

“Azərbaycan doğma diyar”

 

Əbülfəs Qarayev: “Bu şüar altında azsaylı xalqların festivalı gözəl bir bünövrə oldu”

 

"Azərbaycan doğma divar". Bu deviz altında Dövlət Musiqili Komediya Teatrının binasında Respublika Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən Azərbaycandakı azsaylı xalqların incəsənəti II respublika festivalının yekun konserti belə adlanırdı. İki saat davam edən bu konsert tamaşaçılar tərəfindən çox maraqla qarşılandı. Konsertdə tamaşaçılar azsaylı xalqların geyimləri, adət-ənənələri, mədəniyyətləri, incəsənətləri ilə daha yaxından tanış oldular. Tədbiri giriş sözü ilə açan Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev bütün iştirakçıları salamlayaraq qeyd etdi ki, həqiqətən Azərbaycan xoşbəxt bir ölkədir: "Hörmətli cənab prezidentimiz İlham Əliyevin təbirincə desək, "Azərbaycan ona görə xoşbəxt bir ölkədir ki, burada bütün xalqlar, bütün millətlər bərabərhüqııqlu bir ailə kimi yaşayırlar. Azərbaycanda səksən altıya qədər azsaylı xalqların nümayəndələri yaşayaraq, özlərinin doğma diyarı məhz Azərbaycanı sayırlar". Əlbəttə, Azərbaycanda tarixlər boyu belə olub. Bütün bu millətlər bir yerdə yaşayaraq, doğma diyarın çiçəklənməsi üçün əllərindən gələni ediblər. Bu gün Azərbaycanın mədəni irsinə, tarixi zənginliyinə mənsub olan abidələr, binalar, insanların taleləri, bunlar hamısı Azərbaycan tarixinə, məmləkətimizdə yaşayan xalqların məhz birgə münasibətidir. Və biz çox xoşbəxtik ki, baxmayaraq müxtəlif dövrlərdə, müxtəlif quruluşlarda yaşasaq da biz bu dostluğu, birliyi itirmədik. Və ulu öndər Heydər Əliyevin də apardığı daimi siyasət bundan ibarət idi ki, hər bir xalqın dəyəri, onun zənginliyi, məhz Azərbaycan xalqının istəyinə və hökumətinə bir töhfə olsun. Bu siyasət bu gün də davam edir. Və biz çox şadıq ki, Azərbaycanın adı təkcə məmləkətimizdə yox, beynəlxalq miqyasda eşidilir, bu ada hörmətlə yanaşılır və bizim xalqın əsrlər boyu yaratdığı əsərlər, memarlıq abidələri artıq YUNESKO-nun siyahısına daxil edilir. Qobustan da, İçərişəhər də və digər sayı-hesabı olmayan Azərbaycanda yaşayan xalqların yaratdığı abidələr də bizim tariximizdir. Mən hesab edirəm ki, iki il bundan öncə bizim Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ilk dəfə keçirilmiş, "Azərbaycan doğma diyar" şüarı altında azsaylı xalqların festivalı çox gözəl bir bünövrə oldu. Və söz verdiyimiz kimi, heç iki il keçmədi biz yenidən həmin festivalı ikinci dəfə keçiririk. Belə qərara gəlmişik ki, hər iki ildən bir bu festivalı keçirək. Və gözəl insanlarımızın, millətlərimizin, xalqlarımızın yaradıcılığı ilə yaxından tanış olaq".

Ə.Qarayev həmçinin qeyd etdi ki, ilk dəfə keçirilən bu festival çox böyük marağa səbəb oldu və hətta Avropa Şurası tərəfindən bu layihə çox yüksək qiymətləndirildi: "Bu bütün Avropa ölkələrində də tətbiq olunmağa başlanıldı. Həmin festivalın diskləri dünya ölkələrinə yayıldı. Bu gün festival çərçivəsində keçirilən, simpoziumda, beynəlxalq müşavirədə iştirak edən professorlarımız, alimlərimiz də çıxış edib öz maraqlı fikirlərini dedilər. Festival çərçivəsində azsaylı xalqların əl işlərindən ibarət sərgi də keçirildi. Həmin sərgi də çox maraqla qarşılandı. Biz artıq belə qərara gəlmişik ki, azsaylı xalqların yaradıcılığı ih bağlı nazirliyin nəzdində bir Şura da yaradaq. Bu Şura da azsaylı xalqların illərlə əldə etdiyi təcrübələrini, yaradıcılığını toplasın və bu işin inkişafına yeni bir təkan versin. Biz bir daha burada iştirak edən kollektivləri salamlayaraq, deyirik ki, bizim üçün Azərbaycanda yaşayan bütün xalqların mədəniyyəti böyük bir xəzinədir".

Festivalda çıxış edən Lənkəranın "Bacılar" folklor kollektivi, Bakının "Ukrayna" mahnı ansamblı, Saatlı rayonunun Axıska türklərinin rəqs kollektivi, Qax rayonunun "Şvitqastra" xor kollektivi, İsmayıllı rayon İvanovka qəsəbəsinin xor kollektivi, Rus Mədəniyyət Mərkəzinin "Həmyaşıd" məktəb studiyası, Masallı rayonunun "Halay" mahnı və rəqs kollektivi, Qəbələ rayon Nic qəsəbəsinin folklor ansamblı, Balakən rayon "Şəlalə" avar rəqs kollektivi, Laçın rayonunun "İşıqlı aşıqlar" kollektivi adından aşıq Nizami Şirinovun çıxışı, Tatarıstan Mədəniyyət Birliyinin "Dubante" folklor ansamblı, Astara rayonunun "Ələfsur" folklor kollektivi, Yəhudilərin Azərbaycandakı Mədəniyyət Mərkəzinin "Xadima" teatr-studiyası, "Aliluya" vokal ansamblı, İsrail səfırliyinin nəzdindəki Mədəniyyət Mərkəzinin kollektivi, Zaqatala rayon Solovir mədəniyyət evinin "Ceyranım" folklor kollektivi, Zaqatala rayon Suvagil kənd "Ruduki" mahnı və rəqs ansamblı və başqaları çox maraqlı proqramlarla çıxış etdilər. Öz adət-ənənələrini, mahnılarını, rəqslərini yüksək peşəkarlıqla nümayiş etdirdilər. "Ruduki" kollektivinin sonluqda Azərbaycan bayrağı ilə səhnəyə gəlişi və çox yüksək professionallıqla rəqs nömrəsini ifa etməsi tamaşaçıların daha çox xoşuna gəldi. "Aliluya" vokal ansamblının yüksək peşəkarlıqla ifa etdiyi hər iki mahnı sürəkli alqışlarla qarşılanaraq, tamaşaçıların yaddaşına həkk olundu. Bu kollektiv ayrıca proqramla da çıxış etsələr, yəqin ki, tamaşaçıların marağını qazana bilərlər. Finalda isə bütün kollektivlər birlikdə Azərbaycanın qədim xalq rəqsi olan "Yallı"nı ifa etdilər. Rəqsin isə məğzi mənası, məmləkətimizdə yaşayan bütün xalqların birliyi, dostluğu və eyni hüquqa malik olmasına gözəl bir sübut, dəstək idi.

Tədbirdə çıxış edən bütün kollektivlərə Mədəniyyət və Turizm Nazirliyinin diplomu verildi.

Bu tamaşa - konsert proqramının quruluşçu rejissoru xalq artisti, prezident təqaüdçüsü Cənnət Səlimova bütün mahnıları, rəqsləri, teatral nömrəbri çox ustalıqla və böyük məna kəsb edən düzümlə tamaşaçılara çatdırdı.

Tədbir Azərbaycandakı azsaylı xalqların və eləcə də məmləkətimizin mədəniyyət tarixinə gözəl bir töhfə oldu. İştirakçılar yalnız bir şeyə heyfslənirdilər ki, niyə müstəqillik qazandığımız bu on yeddi ildə, əvvəllər Mədəniyyət Nazirliyi tərəfindən belə maraqlı tədbirlər keçirilməyib. Axı elə 1991-ci ildən başlayaraq, belə tədbirlər keçirilsəydi, həm bədii özfəaliyyət kollektivləri respublikada çox inkişaf edərdi və həm də azsaylı xalqlar öz mədəniyyətlərinin, incəsənətlərinin incilərini daha çox ortaya çıxara bilərdilər. Nə etmək olar? Əvvəllər nəinki azsaylı xalqların mədəniyyətinə, hətta muğamlarımıza, xalq mahnılarımıza, aşıq sənətimizə, folklorumuza qarşı da Mədəniyyət Nazirliyi tərəfindən biganəlik çox idi. Artıq haqq öz yerini tapıb. Deməli, yanlışlıq da bir naxışdır. On beş ildə çox böyük incilərimizi itirsək də axırıncı iki ildə bu sahədə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən doğrudan da maraqlı işlər görülür. Bax, bütün bunları da alqışlamaq və lazım olan səviyyədə təbliğ etmək lazımdır. Axı hər bir millətin mədəniyyəti, məmləkətimızm sərvəti deməkdır. Bu sərvətləri qorumaq və gələcək nəsillərə ötürmək də hər birimizin müqəddəs borcudur. Təki bu borcu hamı başa düşüb, ona əməl edəydi.

 

Azad Azərbaycan.- 2008.- 22 oktyabr.- S. 7.