“Bakı gecələri” estrada
mahnı müsabiqəsinin ikinci konserti keçirilib
Dünən Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "Bakı gecələri"
adlı estrada mahnı müsabiqəsinin
ikinci konserti keçirilib. Müsabiqə
Mədəniyyət və
Turizm Nazirliyi və Bakı şəhər İcra Hakimiyyətinin dəstəyi,
Bakı Şəhər
Mədəniyyət və
Turizm İdarəsinin
və "Space" telekanalının birgə
təşkilatçılığı ilə baş tutub. Müsabiqəyə iştirakçı qismində
22 müğənni qatılıb.
Həmin
müğənnilər arasında xalq artisti Nazpəri
Dostəliyeva, əməkdar artistlər Gülüstan
Əliyeva, Ədalət Şükürov, Xanım Qafarova,
Emil Bədəlov, Qismət Məmmədzadə, Elton
Hüseynəliyev, "Azəri star" müsabiqəsinin iştirakçıları
Cavid Qafarov, Yeganə Dünyamalıyeva, "Yeni ulduz"
müsabiqəsinin iştirakçısı Sevinc Musayeva,
İlkin Əhmədov, Ayaz Qasımov, Nadir Qafarzadə, Seymur
Tağıyev, Rüfət Axundov, Sədaqət Quliyeva, Emin
Nəsirli, Lalə Məmmədova, Amil Məmmədov, Nurlan
Əzizbəyli, Tamella Babayeva, Kərim Abbasov öz ifaları
ilə müsabiqədə mübarizə aparırlar. Mahnıları yeddi nəfərdən ibarət
münsiflər heyəti
tərəfindən qiymətləndirir.
Münsiflər heyətində Eldar
Mansurov, Natəvan Şeyxova, Qulu Ağsəs, Mənzər
Nurəliyeva, Mübariz
Tağıyev, Bəxtiyar
Xanızadə və Azad Şükürov təmsil olunur. İkinci mərhələnin
üçüncü konserti
noyabr ayının son ongünlüyündə
keçiriləcək. Müsabiqənin qala konserti və qaliblərin mükafatlandırılması
isə dekabrda Heydər Əliyev Sarayında olacaq.
Səs.- 2008.- 25 oktyabr.- S. 16.