II Respublika Azsaylı Xalqların İncəsənəti
festivalı başlayıb
"Azərbaycan
doğma diyar" devizi altında II Respublika Azsaylı
Xalqların İncəsənəti festivalı
başlayıb. APA-nın məlumatına görə,
Mədəniyyət və Turizm Naziliyinin
təşkilatçılığı ilə
keçirilən festival çərçivəsində
dünən Muzey Mərkəzində "Milli azlıqların
mədəni irsinin qorunması" mövzusunda dəyirmi masa
keçirilib. Mədəniyyət və Turizm nazirinin
müavini Sevda Məmmədəliyeva bildirib ki, festivalın
keçirilməsində məqsəd Azərbaycanda yaşayan
milli azlıq və etnik qrupların mədəni irsinin qorunub
saxlanması və inkişaf etdirilməsi, habelə xalqlar
arasında qarşılıqlı anlaşma və tarixi
dostluq münasibətlərinin möhkəmləndirilməsi
məqsədi daşıyır. Mədəniyyət və
Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev
isə artıq ikinci dəfədir ki, keçirilən bu
festivalın önəmliliyindən danışıb: "Bu
festival ilk dəfə 2006-cı ildə keçirilib və
çox yüksək qarşılanıb. Bu festivalda da
Azərbaycanda yaşayan bütün azsaylı xalqların
nümayəndələri iştirak edir. Ümumilkdə
isə festivalın 500-ə yaxın
iştirakçısı var".
Festival
çərçivəsində Azərbaycan Dövlət
Musiqili Komediya Teatrında bədii kollektivlərin
çıxışlarına baxış keçirilib. Oktyabrın
9-da isə "Azərbaycan doğma diyar" II Respublika
Azsaylı Xalqların İncəsənəti festivalı yekun
konserti ilə başa çatacaq.
İki sahil.- 2008.- 9 oktyabr.- S. 16.