Alman rəssamının sərgisi
təşkil olunub
Ötən həftə Bakıya səfər edən alman rəssamı Detlef Olçevski bu ayın sonuna kimi paytaxtın qonağı olacaq. Artıq bir neçə gündür
onun "Qız qalası" rəsm qalereyasında fərdi sərgisi təşkil olunub. Qalereyanın mətbuat əlaqələndiricisinin
məlumatına görə,
bu, rəssamın keçmiş sovet məkanında ilk sərgisi hesab olunur. Söhbət zamanı öyrəndik ki, D.Olçevski Berlin Rəssamlar Birliyinin üzvü, "Lukas" Mədəniyyət
Evi Fondunun yaradıcısıdır. Onun
Polşa, İsveçrə,
Yaponiya və başqa ölkələrdə
sərgiləri açılıb.
Bakıda nəzərdə
tutulan sərgisi isə oktyabrın 27-nə kimi davam
etdiriləcək.
Kaspi.- 2008.- 24 oktyabr.- S. 15.