Qəzənfəroğlu M.

 

Yeni tamaşaya ictimai baxış

 

Azərbaycan Dövlət Cənc Tamaşaçılar Teatrının “Azərsun Holdinq” şirkətlər qrupu ilə birgə layihəsi olan Bəhri Aydının “Məsuliyyət dərsi” satirik komediyasının tamaşasına ictimai baxış keçirilmişdir.

Təqdimatda iştirak edən sözügedən şirkətin nümayəndələri, xarici iş adamları və teatrın bədii şurasının üzvləri işçi və müdir, ailədə, kollektivdə, hər kəsdə məsuliyyət hissinin formalaşması, həmçinin düzgün istehsalat münasibətlərinin qurulması sahəsində mənəvi dayaq ola biləcək tamaşanın əhəmiyyətindən danışmış, onun istismara buraxılmasına razılıqlarını bildirmişlər.

Azərbaycan Dövlət Cənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən aldığımız məlumata görə, oktyabrın üçüncü ongünlüyündə tamaşaçıların ixtiyarına veriləcək tamaşanın bədii rəhbəri əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rejissoru əməkdar artist Loğman Kərimov, tərtibatçı rəssamı Faiq Osmanov, musiqi tərtibatçıları İnşallah Hüseynov, İradə Muradova, rejissor assistenti İlhamə Əhmədovadır.

Rolları xalq artisti Yasin Qarayev, əməkdar artistlər Rahib Əliyev, Naibə Allahverdiyeva, Nübar Novruzova, artistlərdən Atabala Səfərov, Ələsgər Qurbanəliyev, Bəxtiyar Kərimov, Elşən Şıxəliyev, Ceyhun Məmmədov, Mehriban Hüseynova, Nuriyyə Əliyeva, İlham Əsədov, gənc aktyorlardan Anar Seyfullayev, Cavid İbrahimov, Niyaz Qasımov İlkin Namazov ifa edirlər.
Birgə layihənin icrasından razı qalan şirkət rəhbərliyi növbəti layihənin gerçəkləşdirilməsi üçün hazırlıq işlərinə başlanıldığını bildirmişdir.

Xalq qəzeti.-2008.- 19 oktyabr.- S. 7.