Nəsibə xanımdan ana qayğısı görmüşəm
İlham
Namiq Kamal korifey sənətkar haqqında danışdı
Noyabrın 1-də Moskvanın "Ostankino"
zalında korifey sənətkarımız Nəsibə
Zeynalovanın 90 illik yubileyi qeyd olunacaq.
Tədbiri Moskvada aktyorun adını daşıyan Estrada Teatrı və ÜAK üzvləri təşkil
ediblər. Teatrın rəhbəri Sərxan Kərəmoğlunun "Kaspi"yə bildirdiyinə görə, tədbirə
bir sıra sənət adamlarının
adları daxil edilib. O, Musiqili Komediya Teatrının aktyorları, Bələdiyyə
Teatrının rəhbəri
Amaliya Pənahova, aktyor İlham Namiq Kamal və
müğənni Flora
Kərimovanın da proqramda iştirak edəcəyini bildirib.
Mərhum sənətkar haqqında danışan İlham Namiq Kamal onu əvəzolunmaz
sənətkar və fədakar ana adlandırdı: "Məmnunam
ki, noyabrın 1-də Moskvada keçiriləcək sənətkarın
90 illik yubiley proqramına mənim də adım daxil olunub. Çalışdığım
Musiqili Komediya Teatrının kollektivi ilə birlikdə gecəyə həvəslə
hazırlaşırıq. Orada
Nəsibə xanım
haqqında xoş fikirlər səsləndiriləcək
və eyni zamanda oynadığı tamaşalardan parçalar
göstəriləcək".
Nəsibə xanımla
"Qayınana" filmində
yaxın tərəf-müqabil olduğunu deyən İlham Namiq Kamal bunun
üçün mərhum
reyissor Hüseyn Seyidzadəyə həmişə
minnətdar olduğunu
söylədi: "Nəsibə
xanım bizə ana qayğısı ilə yanaşardı. Film boyu onun
bizimlə səmimi münasibəti və eyni zamanda ana
qayğısı çəkiliş
qrupunun xatirələrində
xoş anlarla qalıb. Aktyorluq sənətində onun kimi şəxsiyyətlər
nadir hallarda yetişir".
Kaspi.- 2008.-25-27 oktyabr.- S. 16.