Rus Dram Teatrı
Qəbələdən qayıdıb
İki həftə bundan qabaq Səməd
Vurğun adına Rus Dram Teatrı
Qəbələ rayonunda
yerləşən RLS-in
komandanlığından dəvət
alıb. Hərbçilər
və onların ailələri Rusiya Kosmik Qoşunlar və Ümumdünya Müəllim günləri
münasibəti ilə
teatrın artistlərini
bu rayonda görmək istəklərini
dilə gətiriblər.
Rus Dram Teatrının
baş reyissoru Aleksandr Şarovskinin sözlərinə görə,
hərbi hissənin ərazisində təhsil Azərbaycan və rus dilllərində olan məktəb mövcuddur. "Bizdən
xahiş etmişdilər
ki, rus dramaturgiyasından
olan tamaşa ilə qarşılarına
çıxaq. Biz akt zalında çıxış etdik.
Həmin məkanda isə səhnə böyük deyildi. Ona görə də rus dramaturqu
Lüdmila Razumovskayanın
"Nikah agentliyi
1+" pyesini seçdik".
Qeyd edək ki, sözügedən
tamaşada teatrın aparıcı artistləri
Səfa Mirzəhəsənov,
Yevgeniya Nevmeryiskaya, Rita Əmirbəyova, Aleksandr Nikuşina, Yelena Spisına, Ruqiyyə Quliyeva iştirak edirlər. 14 nəfərdən ibarət
nümayəndə heyəti
akt zalında iki dəfə tamaşa oynayıb.
A.Şarovski deyir: "Rusiyalı hərbçilərin
artistlərimizi ürəkdən
alqışlaması çox
riqqətli idi. Çoxları mənə
yaxınlaşıb deyirdi
ki, Bakıya gəlib tamaşalarımıza
baxmağa imkanları
yoxdur. Ona görə də bizim gəlişimiz onlar üçün çox sevindirici idi".
Kaspi.- 2008.- 10 oktyabr.- S. 16.