“Tıq-tıq xanım” yeni quruluşda səhnəyə çıxa­rı­lır

 

Azərbaycan teatr səhnəsində teatr dramaturgiyamızın banilərindən biri olan görkəmli maarifpərvər Abdulla Şaiq Azərbaycan ədəbiyyatında uşaqlar üçün yazdığı rəngarəng əsərlərin müəllifi kimi tanınır. Onun ilk əsərlərindən ən maraqlısı, dəyərlisi, uşaqların estetik tərbiyəsində mühüm rol oynayan Azərbaycan teatrları gündəliyinə daxil olan tamaşaçılar tərəfindən həddindən artıq sevilən, bəyənilən "Tıq-tıq xanım" əsəridir. Məhz bu səbəbdəndir ki, qeyd olunan əsər Azərbaycan teatr səhnəsində uzun illərdir ki, oynanılır hər rejissor öz yozumunda onun səhnə həllinə məxsusi yanaşır.

Bu günlərdə tamaşaya keçirilən baxış böyük maraq doğurmuşdur. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının ədəbi dram hissəsinin müdiri, rejissor, respublikanın əməkdar mədəniyyət işçisi, Hüseyn Əhmədov tamaşa haqqında fikirlərini belə ifadə etdi: "Bu sənət nümunəsinin tamaşasına dəfələrlə baxılsa da, uşaqlar ondan doymaq bilmir, əsil mənada bezmirlər, əksinə, təkrarən baxmaq istəyirlər. Çünki Abdulla Şaiqin uşaqlar üçün yazdığı nağıl əsərlərində inam, ümid, şadlıq, saf əqidə, düşüncə s. kimi motivlər olduqca güclü verilmişdir.

Abdulla Şaiqin dəfələrlə tamaşaya qoyulmuşdur, hazırda isə A.Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında yeni yozumda (traktovkada), quruluşda hazırlanmış "Tıq-tıq xanım" əsəri öz səhnə təcəssümü, rejissor tapıntısı, aktyor oyunu nöqteyi-nəzərdən daha baxımlı, zövq oxşayan, mənası asan qavranan tərzdə hazırlanmışdır. Bu cəhətlər bütövlükdə həm rejissor işi, həm aktyorların səviyyəli obrazlar yaratmalarından irəli gəlir. Demək olar ki, pyesi səhnələşdirən rejissorun əsər üzərində apardığı məqsədyönlü yaradıcılıq axtarışları, tapıntıları "Tıq-tıq xanım" tamaşasının yeni quruluşda meydana gəlməsinin böyük qələbəsidir.

Tamaşanın üstünlüyünün əsas cəhətlərindən biri də odur ki, hər bir aktyorun yaratmış olduğu obraz mahiyyətini, məqsədini tamaşaçıya çatdıra bilməsidir. Tamaşanı seyr edərkən, məlum olur ki, onun uğurlu alınması pyesin ətraflı təhlili rejissor tərəfindən sənətkarlıqla aparılmış rolların aktyorlar arasında düzgün bölmüşdür. Kuklaları düzəldən onları "cücələrim"in ifaçılarına bəxşiş verən tamaşada cərəyan edən hadisələrdə canlandırma səhnəsi qoca babanın (Elşad Rəhimzadə) bir aparıcı kimi məharətli ifasının təzahürüdür. Bu da Elşad Rəhimzadənin bir aktyor kimi istedadını təsdiqləyir. Tamaşaya gözəl zövq oxşayan, tərtibat verən quruluşçu rəssam Sənubər Səmədovanın yüksək səviyyədə musiqi yazan respublikanın xalq artisti bəstəkar Ramiz Mirişlinin, eləcə , kostyum, butafor, işıq, səs s. işçilərin işləri qənaətbəxşdir.

Demək olar ki, bu yeni tamaşa bütövlükdə inzibati heyətdən yaradıcı heyətə qədər bütün kollektivə, tamaşaçılara zövq, həyat tərzi, ibrət, səmimiyyət, tərbiyə və s. kimi duyğular bəxş edir. Ekranda göstərilən adamların heyvanların maraqlı rəqsləri uşaqların zövqünü oxşamışdır. Qeyd edək ki, aktyorların gözəl oyunları ilə bərabər səhnədə ucadan qışqırıqları hadisələri izləməyə mane olur.

Tamaşanın başlanğıcında tarın müşayiəti ilə Qədir Rüstəmovun oxuması yeri artıqdır və tamaşanın ruhuna biganədir. Demək lazımdır ki, tamaşanın ruhunu, ideyasını, ələlxüsus, ana xəttini dərindən məqsədyönlü tərzdə tamaşaçıya çatdırmaqda gənc istedadlı rejissor Elşad Rəhimzadə öz üzərinə düşən vəzifəni uğurla yerinə yetirmişdir. Bu yeni tamaşa uşaqlarımıza böyük bir töhfə hesab edilməlidir.

 

Səs.- 2008.- 22 oktyabr.- S. 13.