Rafiqqızı N.
Bir otağa sığan dünya
Əməkdar artist Sadıq
İbrahimov: «Sənətkara yüksək qiymət verilsə,
sənət daim yaşayar»
Həyat
şıltaq dəniz
kimidir. İnsanı qoynunda çoõ
atıb-tutur. Bəzən güclü tufana, qasırğaya da salır. Əməkdar artist Sadıq İbrahimov da həyatın çoõ sınaqları
ilə üz-üzə gəlib. Hər zaman qalib gəlsə də, ona qarşı
edilən haqsızlıqlara
görə çoõ üzülüb. Lakin yenə də ümidini üzməyib qaynar yaradıcılıq həvəsi
ilə sənətini
davam etdirir. Bu gün Sadıq
İbrahimovun qəlbində
poetik duyğular, bəşəri bir ilham olduğu üçün bu sənətə möhkəm
tellərlə bağlanıb.
Çoõ vaõt həyat insana qəlbindən keçənləri vaõtında
qismət etmir. İncidir, ürəyini çəkir, tamam əldən salır. O vaõt bəõş
edir ki, insan bunu artıq
istəmir. Ya da bu istəklər
insan üçün
adiləşir. Sadıq
müəllimlə çoõ problemləri çözələməyə çalışdım. Məndən
asılı olsaydı,
47 ildir ki, ömrünü sənət
bağlayan aktyorun teatr üçün çəkdiyi zəhməti
əvəzsiz qoymazdım.
Lakin əlimdən nə gəlir ki? Əsil sənətkar
o sənətkardır
ki, özü üçün deyil, õalq üçün
yaşayır. Onun ən böyük mükafatı da insanların ona olan məhəbbətidir.
Sadıq İbrahimov da belələrindəndir.
Sadıq Əlabbas oğlu İbrahimov- 1945-ci
il dekabrın 23-də Bakıda dünyaya gəlib. M.Ə.Əliyev
adına Azərbaycan Dövlət İncəsənət
İnstitutunun dram və kino aktyorluğu
fakultəsini bitirib və 1970-ci ildən təyinatla Akademik Milli Dram Teatrında
çalışır. 1961-ci ildə Dram Teatrının səhnəsində
«Şadlıq sorağında»
(V.Rozov) tamaşası
ilə səhnəyə
gələn S.İbrahimov teatrda çalışdığı dövrdə İ.Əfəndiyevin
«Mahnı dağlarda qaldı», «Unuda bilmirəm», «Sevgililərin
cəhənnəmdəki vüsalı»
(Qüdrət, İsmayıl,
Ədhəm), M.F.Aõundovun «Õırs quldurbasan», «Lənkəran
õanının vəziri»
(Bayram, õan), Ú.Úabbarlının «Solğun çiçəklər»
(Bəhram), S.Vurğunun
«İnsan» (Alman zabiti) və s. tamaşalarda rəngarəng obrazlar yaradıb. «Ömrün
ilk anı», «Qatır Məmməd» bədii filmlərində çəkilən aktyor otuzdan çoõ
televiziya tamaşasında
iştirak edib. Onların arasında «Mehmanõana sahibəsi»
(Fabrisio), «Qatır Məmməd» (Əziz), «Ac həriflər» (Lətif) və s. tamaşalarda ifa etdiyi rolları
daha diqqətəlayiqdir.
Teatr Õadimləri
İttifaqının və
Yazıçılar Birliyinin
üzvü olan Sadıq İbrahimov bədii yaradıcılıqla
da məşğul olur. Onun «Gözlə
məni» (1984), «Nənəm
nağıl söyləyir»
(1987), «Noğulbalanın sərgüzəştləri»
(1991), «Õatirələr
qoynunda» adlı kitabların müəllifidir.
- Sadıq müəllim,
istəyərdim söhbətimizə
bu sənətə gəlişinizdən başlayaq.
-Səhnə fəaliyyətimə
Akademik Milli Dram Teatrının səhnəsindən başlamışam.
1961-ci ilin dekabrında
teatrda «Namus» əsərinin məşqləri
gedirdi. Õalq
artisti Ələsgər
Ələkbərov Barõudar
rolunu, mən isə Seyranın uşaqlıq illərini oynayırdım. O zaman mənim on beş
yaşım vardı.
Evlərin uçqunu zamanı mən də yaralanan uşaqlardan biri idim. Əynimdə don, başım sarıqlı idi. Həmin illərdə Akademik Dram Teatrında oynadığım rollar bir də mənim
üçün ona görə yaddaqalandır
ki, mən o zaman səhnəmizin
ən qüdrətli sənətkarları - Ağasadıq
Gəraybəyli, İsmayıl
Osmanlı, Fatma Qədri, Əlağa Ağayev, Ağadadaş Qurbanov, Hökumə Qurbanova, Leyla Bədirbəyli kimi sənətkarlarla bir yerdə çiyin-çiyinə çalışmış, tərəf
müqabili olmuşam.
O dövrdə
teatrda qruplaşma yoõ idi. Dramaturyi material zəif deyildi.
Mehdi Məmmədov, Ələsgər Şərifov,
Tofiq Kazımov, Əşrəf Quliyev kimi reyissorların səhnələşdirdiyi əsərlərdə
müõtəlif
õarakterli obrazlar yaratmışam. Lakin bu gün rol bölgüsündə
aktyorun potensialı nəzərə alınmır.
- Sadıq müəllim,
sizə qarşı olan haqsızlıqlara görə sənətdən
küsüb incidiyiniz,
teatrdan uzaqlaşmaq istədiyiniz anlarınız
olub? - Düzünü
deyim ki, bu hisslər son vaõtlar məndə yaranıb. Mən baõıb görürəm
ki, 5-6 ildir sənətə gələn aktyorlar fəõri
ad da, ev də, mükafat da alırlar. Lakin 47 ildir ki, teatrda çalışıram,
bir dəfə də olsun ev, mükafat almamışam. Mən lazım olan
təşkilata müraciət
etdim. Dedilər ki, narahat olma, adın bilgisayarda õalq artistinə
namizəd olan iki nəfərin adı ilə bir sıradadır. Həmin o iki nəfər də õalq artisti fəõri adı,
mükafat aldı, mən isə kənarda qaldım. Heç bilgisayarda adları olmayanlar da istəklərinə
nail oldular. Bunların hansı münasibətdən
irəli gəlməsini
bilmirəm. Mən 16 kvadratmetrlik
birotaqlı evdə yaşayıram. Şəraitim yoõdur.
Elə aktyor-aktrisa var ki, 3 otaqlı
super təmirli evdə
yaşayır, hələ
əlavə ev
də ona təqdim edilir. Mənim hes
kəsə qarşı
paõıllığım yoõdur. 1961-ci ildən sənətdəyəm.
İndi də «Ölülər»də Hacı Baõşəli, «Õurşidbanu Natəvan»da Hidayət õan, «Uçqun»da baş hakimi, «Messenat»da yaradıcılıq
həvəsim və emosiyamla baş rollar oynayıram. Bu gün məmurlar,
vəzifəli şəõslər dəfələrlə bizim
teatrın tamaşalarına
baõırlar.
Mənim
ünvanıma tamaşadan
sonra õoş sözlər
söyləyirlər. Hər biri də vəd
verir ki, yaõşı
olacaq. Hansı aktyor 47 il
Akademik Dram Teatrında
işləyib, amma hələ əməkdar
artist qalıb? Mən istəməzdim
ki, sənət məhv olsun. Sənətkara yüksək qiymət
verilsə, sənət
daim yaşayar.
- Müõtəlif
səpkili obrazlar yaratmısınız. Sizin
üçün hansı
daha çətindir, mənfi õarakter yaratmaq, yoõsa müsbət? - Sənət
müəllimim rəhmətlik
Rza Təhmasib hər zaman tələbələrinə deyərdi
ki, aktyorun baõ, burda (ürəyini göstərirdi) düyməsi
var. Onu basdınmı,
işə düşməlidir.
Bütün diqqətini, fikrini
yaratdığı obraza
yönəltməlidir. Mənim üçün heç bir rolun fərqi
yoõdur,
əsas o rolu bütün qəlbimlə
təbii, olduğu kimi tamaşaçıya çatdıra bilməyimdir.
1966-70-ci illərdə İncəsənət
İnstitutunda- Adil İskəndərov, Ələsgər
Ələkbərov, Zəfər
Nemətov, Nəsir Sadıqzdə, Müõlis Úənizadə və başqa bir sıra professional sənət
õadimlərindən dərs
almışam. Aktyor kimi
yetişməyimdə onların
rolu əvəzsizdir.
Amma indiki dövrdə bəzi gənc aktyorlar daha çoõ
şouya meyl göstərir, şit-şit
zarafatlar, parodiyalar göstərirlər. Belə çıõışlarla
tamaşaçının zövqünü
oõşamaqdansa,
onları özlərindən
uzaqlaşdırırlar. - Sadıq müəllim, sizin həm də bir çoõ kitablarınız
işıq üzü
görüb. Hazırda
hansı kitab üzərində işləyirsiniz? - Mənim
sonuncu işıq üzü görən «Õatirələr qoynunda»
adlı kitabım vaõtilə
bir yerdə çalışdığım, həmişə ünsiyyətdə olduğum
sənətkarlarla bağlı
õatirələrdən bəhs
edir. Hazır materiallarım çoõdur. Lakin onları kitab halına salmağa madd
imkanım yol vermir. Bir otaqlı mənzilimdə
yazıb-yaratmağa şəraitim
yoõdur.
16 kv.metrlik bir
otaqda necə yazıb-yarada bilərəm?
Yeməyim də, yatmağım
da, yaradıcılıqla
məşğul olmağım
da bir otağın
içindədir. Ən böyük
arzum özümün
şəõsi
yaradıcılıq emalatõanamın olmasıdır.
Olaylar.- 2008.- 24 oktyabr.- S. 15.