“Qorxuram roluma inanmasınlar”
Azərbaycan
teatr səhnəsinin dəyərli simalarından olan xalq
artisti Arif Quliyev 2 ildən sonra 60 yaşını qeyd
edəcək. Onun bu
vaxt ərzində həyata keçirmək istədiyi böyük arzusu var. Sən
demə, hamının
komik aktyor kimi tanıdığı
A.Quliyev də ciddi rol oynamaq
arzusunda imiş.
-
Musiqili Komediya Teatrında yeni tamaşa ilə
mövsümü bağladıq. Üzeyir
Hacıbəyovun ölməz
əsəri olan "Məşədi İbad"ı oynadıq. Məşədi İbad rolunda Ramiz Məmmədov,
Sənəm rolunda Afaq Bəşirqızı,
hambal rolunda isə mən çıxış etdim.
Tamaşada teatrımızın
dəyərli sənətçiləri
rol almışdılar.
Tamaşanın rejissoru
Cənnət Səlimova
idi.
Tamaşaçıların
marağından hiss etdik ki, onlar əsəri yaxşı
qəbul ediblər. Bu artıq neçənci
"Məşədi İbad"dır ki, hambal
rolunda oynayıram.
1-ci dəfə mərhum
sənətkar Hacıbaba
Bağırovla oynamışam.
2-ci dəfə isə
Ramiz Əzizbəyli ilə İrəvan teatrının səhnəsində
bu rolda çıxış etmişdim.
Bu dəfə isə doğma teatrın səhnəsində
bu rolu ifa
edirəm. Artıq sentyabrda Musiqili Komediya Teatrında Əziz Nesinin "Diqqət, şəhərdə
manyak var" komediyasının məşqləri
başlanacaq.
Oruc
Qurbanovun quruluş verəcəyi bu tamaşada mənə qaz
nəzarətçisi, Afaq Bəşirqızına isə ev
xidmətçisi rolu həvalə olunub. Yəni
əsas rolu Afaq Bəşirqızı
oynayacaq. Artıq tamaşanın oxunuşu bitib. Ümumiyyətlə,
mənim üçün
ən doğma yer Musiqili Komediya
Teatrıdır. Çünki
ilk addımlarımı
burda atmışam. Səyavuş Aslan, Hacıbaba Bağırov, Nəsibə Zeynalova və başqaları ilə birlikdə bu teatrda işə
başlamışam. Buna
görə də bütün varlığımla
bu teatra bağlıyam.
- Teatrların vgziyyəti necədir? Tamaşaçı, əsər
problemi indi də özünü göstərir?
- Bizim teatrda tamaşaçı
problemi yoxdur. Tamaşaçı axını
sərbəst olmalıdır.
Sərbəst gələndə
tamaşaçı tamaşaya
daha çox önəm verir. Əsər sarıdan ola bilər hansısa problemlər olsun. Düşünürəm
ki, teatrlara yeni əsərlər lazımdır. Eyni zamanda da yeni
gənclər cəlb
edilməlidir. Musiqili Komediya Teatrının yeni təyin olunmuş direktoru Əliqismət Lalayev bu fikri dəfələrlə
bildirib. Müğənni
Röyanı dəvət
ediblər, müzikl hazırlayacaqlar. Bu isə yaxşı göstəricidir. Teatrda iş mexanizmi düzgün qurularsa, ora tamaşaçı gələcək.
Tamaşaçını
güclə teatra dartmaq lazım deyil. Tamaşaçı
öz qəlbi, sevgisi ilə teatra gəlməlidir. Gənclərə isə həm inanmaq, həm də dayaq olmaq lazımdır.
Necə ki bizə vaxtilə inanıb dayaq olublar. "Məşədi
İbad"da əksəriyyəti gənclərdir.
Gənclər həm Musiqili Komediya, həm də başqa teatrlarda var. Dünənin gəncləri biz idik. İndikilərə də inanmaq lazımdır ki, onlar daxili varlıqlarını,
potensiallarını nümayiş
etdirsinlər.
-
Gənclər arasında gələcəyin Arif Quliyevini,
Səyavuş Aslanını, Yaşar Nurisini
görürsünüz?
-
Mədəniyyət və İncəsənət Universiteti
istedadlı gənclər yetişdirir. Mən
də orada dərs deyirəm. Ümumiyyətlə, "yetişdirir"
demək azdır, gərək özün bu işdə iştirak edəsən, kömək göstərəsən.
Təəssüf ki, bəzi insanlar danışmağa üstünlük
verirlər. Axı hər birimiz kənara çəkilib desək ki "məndən bir dənədir", bu qeyri-düzgündür. Heç
kəs əvəzolunmaz
deyil. Hərənin öz adı, öz titulu var. Sabah Arif
olmayanda, Rəfael olacaq və sairə. Heç kim səhnəni tutub dayanmır.
- Aktyorların maddi vəziyyəti necədir? İndi də maaş azlığına görə
sənəti tərk edənlər çoxdur?
-
Aktyorların əməkhaqları bir qədər
yaxşılaşıb. Mən prezident təqaüdçüsüyəm.
Fikrimcə, sənət
maaşla ölçülməməlidir.
Sevdiyin sənətdə
1 manat da alanda insana xoş
olur. Amma onu deyə bilərəm
ki, son zamanlar
vgəziyyət yaxşılaşır.
Hər bir halda sənətçi hər bir vəziyyətə
dözməlidir. İncəsənət
qurban tələb edir. Əgər mən bu sənəti
sevirəmsə, onun yolunda hər bir əzaba dözməliyəm. Yarıda
qoyuramsa, deməli, mən sənətkar deyiləm. Sabah kimsə "maaş azdır, mən sənətdən gedirəm"
desə, bilin ki, onun istedadı
yoxdur. İstedad maddiyyatı unutdurur. Mən xorda oxuya-oxuya yarımştata,
sonra da ştata keçmişəm.
Daha sonralar isə aparıcı aktyorlardan olmuşam.
1973-cü ildən Musiqili
Komediya Teatrında işləyirəm. 35 il az deyil. Gərək
əziyyət çəkəsən
ki, nəticəsini görəsən. Bir gün bir uşaq
ağaca çıxıb
oğurluq edir. Bağın yiyəsi onu görüb deyir ki, ay
uşaq, düş aşağı, yoxsa gedib dədəni çağıracağam. Uşaq
da cavab verir ki, uzağa
getmə, dədəm
də o biri ağacdadır. Yəni bu da
onun sevdiyi peşədir. Həvəs
onu gətirib ora. Bütün peşə sahibləri öz işlərini belə həvəslə görürlər.
-
Teatr xadimləri arasında nədənsə həmişə
narazılıqlar olub. Siz necə, hansısa aktyorun özünüzə
qarşı qərəzli
mövqeyini hiss etmisiniz?
- Sənətdə belə insanlar çoxdur. Onu deyə bilərəm ki, mənim heç kimlə münaqişəm olmayıb.
Ümumiyyətlə, belə
hadisələrə qarışmamışam.
Əliqismət müəllim
də deyir ki, aktyorlar teatrda
öz işi ilə məşğul olursa, orda dedi-qoduya
yer qalmır. Gəlirsən teatra, işləyir, yorulur və çıxıb gedirsən. Mən başımı aşağı
salıb, öz işimlə məşğul
olmuşam. Tanıdığım
adamlara da bunu məsləhət vermişəm. Rol verdilər-götürürəm,
vermədilər, gözləyirəm.
Nəyə lazımdır
"onunla oynamıram",
"bununla oynayıram"
kimi ifadələr. Sən işini gör, işinlə qalib gəl. Hünərin varsa, hünərini işində
göstər. Yoxsa onun-bunun dalınca danışırlar. Belələrini
tanımağa vaxtım
yoxdur. Teatrda kifayət qədər işim olur.
-
Bu günün komediyası hansı səviyyədədir,
insanları güldürmək çətinləşib?
-
İndiki gülüş səhnələri
güldürməkdən çox,
düşündürür. Amma sanballı əsərlərə
az rast gəlirəm.
Gülüş silahdır,
atırsan nöqtəyə
dəyir və o zərbə ilə neqativliyi təmizləyir.
-
Ən çox tənqid olunan komediyaçılar Rafael və
Coşqun cütlüyüdür. Onların
qadın rollarını
tənqid edənlər
çoxdur. Siz necə, onları tənqid edənlərə
qoşulursunuz?
- Mənim onlara münasibətim yaxşıdır. İfaları
yerindədir. Onlar ssenari necə yazılırsa, elə də ifa edirlər.
Orada rejissor və ssenarist yozumu var. Onlar
məcburdurlar ki, yazıldığı kimi
qadın rolunda çıxış etsinlər.
Mən özüm də "Qısqanc ürəklər" amaşasında
qadın rolunu ifa etmişəm.
-
Bu günə qədər komik rollarınızla sevilmisiniz. Ürəyinizdə oynamaq
istədiyiniz hansı
obrazlar qalıb?
-
Arzu edərdim Ağa Məhəmməd şah Qacarı
oynayım. Amma bilmirəm
oynaya bilərəm, ya yox. Mənə
verərlər, ya yox - bunu da
bilmirəm. Onu deyə bilərəm ki, belə bir
arzum var. Lap əvvəllər Hamlet obrazını fikirləşirdim. Bir dəfə oynadım. Gülməli alındı.
Sabah Ağa Məhəmməd şah Qacar rolunda səhnəyə
çıxsam, qorxuram
ki, roluma inanmasınlar. Bir dəfə "Qəm pəncərəsi" filmində
ciddi rol oynamışam. İndi də ciddi rol
oynamaq istəyirəm.
Mənalı, düşündürücü
dram əsərində
obrazlı, insanları
düşündürə biləcək rol ifa etmək arzumdur.
Həftə içi.- 2008.- 21 oktyabr.- S. 6.