İbrahimova S.

 

Muğam Azərbaycanın vizit kartıdır

 

Rene Kaufman: "Şəxsi kompyuterimdə

10 muğam parçası Üzeyir Hacıbəyovun simfoniyaları var"

 

ABŞ səfirliyinin xüsusi təşəbbüsü dəstəyilə amerikalı müğənni Rene Kaufman oktyabrın ilk günlərində Azərbaycanda səfərdə olub. Sumqayıt, Şəki, Gəncə Mingəçevirdə konsert proqramları ilə çıxış edən müğənni daha sonra Mərdəkan Bakı internat məktəblərində gözdən əlil uşaqlarla görüş keçirib. Təəssüratlarını mətbuatla bölüşən amerikalı musiqiçi öncə özü haqqında danışdı: "Əslən amerikalıyam. Ailəmin musiqiyə olan sonsuz sevgi marağı məni bu yolun yolçusu edib. Musiqinin sirlərinə ailə üzvlərimin köməyi ilə bələd olmuşam. Atam hərbi müşavir olduğu üçün demək olar ki, bütün dünyanı səyahət etmişik. Vəzifəsi ilə əlaqədar bir müddət Tehranda yaşadığımızdan, ali təhsilimi məhz orada aldım. 25 ildir ki, ailəliyəm. 4 oğul, 1 qız atasıyam. 48 yaşım var. Hərdən mənə deyirlər ki, çox gənc qalmısan. Qeyd edim ki, insanı ayaqda saxlayan, ona mənəvi güc, ruhi qida verən musiqidir. Mən musiqi mühitində formalaşmışam gənc qalmağımın səbəbi yəqin ki, bununla bağlıdır. Hər dəfə kütlə, auditoriya qarşısında çıxış etmək mənə yaşamaq üçün həvəs, yaratmaq üçün stimul verir. Xüsusən uşaqların simasındakı təbəssümü, həyatsevərlik eşqini görməkdən böyük zövq alıram".

Azərbaycana ikinci səfərini edən amerikalı musiqiçi bu dəfə insanların isti münasibətini görüb. Əyalətlərə olan səfərinin maraqlı keçdiyini deyən həmsöhbətim bunu uzun müddət xatırlayacağını sözünə əlavə etdi: "Gəncə məndə çox böyük təəssürat yaratdı. İlk diqqətimi çəkən isə "Xan Bağı"ndakı qədim gözəlliyi ilə insanı valeh edən çinar ağacları oldu. Gəncəlilərin vətənpərvərliyini təqdirəlayiq hal kimi qiymətləndirirəm. Əyalətdə yaşamaqlarına baxmayaraq, müasir klassik musiqiyə eyni həvəslə yanaşırlar. Mənim bir deyimim var ki, musiqi yaş həddi tanımır. Ünsiyyətdə olduğum insanlarla musiqi dilində danışıram, musiqi vasitəsilə ürəklərə yol tapıram. Musiqi elə bir sehrli qüvvədir ki, bir an içində insanlara həm sevinc, həm kədər bəxş edir, üzdə təbəssüm, gözdə yaş yaradır".

Söhbətini Amerika Azərbaycan musiqisi arasındakı oxşar fərqli cəhətlərin izahı ilə davam etdirən R.Kaufman öncə təəssüratlarından bəhrələndi: "Amerikadakı "Azadlıq" heykəlinin rəsmi simvolu, kəsb etdiyi məna dünyanın müxtəlif yerlərindən müxtəlif irqi əlamət xüsusiyyətlərə malik olan insanları bir araya gətirmək, həmrəylik yaratmaqdır. Bu müxtəliflik, bu rəng çaları Amerika musiqisində öz əksini tapır. Yəni Azərbaycan musiqisi kimi bizim musiqi səs çalarları ilə zəngin rəngarəngdir. Oxşar cəhəti bu cür izah edərdim. O ki qaldı fərqli cəhətlərə, sizin musiqidə "hip-hop" a bənzər ritm var. Yəni bizim musiqi ilə müqayisədə daha ritmikdir. Amerika musiqisində Qərb ab-havası olduğu halda sizin musiqi aləminiz daha çox Şərqə meyillidir. Məsələn, mən Tehranda olarkən heç ağlıma belə gətirməzdim ki, bir neçə ildən sonra həmin musiqi ahəngini Azərbaycanda duya bilərəm. Sizin muğamı çox sevirəm. Ən azından onu deyə bilərəm ki, öz şəxsi kompyuterimdə 10 muğam parçası Üzeyir Hacıbəyovun klassik simfoniyaları var. Mədəni irsiniz çox zəngindir. Elə tək muğamın özü Azərbaycan mədəniyyətinin vizit kartıdır".

Həmsöhbətimin fikrincə, ölkələr arasındakı musiqi fərqi insanların zövqünə yansıyıb. O hesab edir ki, amerikalılar daha emosional, daha sərbəstdirlər. Bizdə isə hələ keçmiş sovet imperiyasının izləri qalmaqdadır: "Yəni bir qədər mühafizəkarsınız. Qarşıdakı insana münasibət bildirməzdən öncə ətrafdakıların rəyi ilə hesablaşırsınız. Mən bunu uşaqlarda da hiss etmişəm. Onlar da amerikalı uşaqlardan fərqli olaraq qapalı ciddidirlər. Sanki nədənsə sıxılırlar

 

Kaspi.- 2008.- 25-27 oktyabr.- S. 16.