A-Studio Bakıdan ötrü darıxıb
Bayqali Serkebayev Heyf ki,
indi sərhədlər ayrılıb
Yaxşı
məkan maqnit kimidir
Vokal-instrumental ansamblların taleyi müxtəlif cür olur. Bir qayda olaraq vahid
kollektivdə birləşən
vokal və instrumental musiqiçilər meydana zövqoxşayan yaradıcılıq
təzahürləri çıxarırlar
və dinləyicilərin
qəlbini ələ
ala bilirlər. Belə kollektivlərin
uzunömürlü olması
həm musiqi tarixi, həm də musiqisevərlər üçün ikiqat uduşdur. Qazaxıstanın əfsanəvi "A-Studio" qrupu da məhz
bu cür kollektivlərdəndir. Bu qrup artıq 21 ildir "ayaqdadır" və təsdiq edir ki, romantik-rəqs
pop-rok musiqisi yaşayıb, yaşayır
və yaşayacaq.
"A-Studio" bu gün də hit-paradlara başçılıq
edir, mükafatlar qazanır, ən əsası isə tamaşaçı rəğbətinin
avazımasına imkan
vermir. Əvvəllər paytaxtımızda tez-tez qastrol proqramları ilə çıxış edən
qrupun üzünə
son illər həsrət
qalmışıq. Qastrolçuların səfərlərini təşkil
edən prodüserlər
nədənsə, qanı
qanımızdan olan, ən əsası isə keyfiyyətli musiqi təqdim etməyi bacaran "A-Studio"
kimi qrupları, ya da solo ifaçıları
nəzərdən qaçırırlar.
Elə "Trend-Life" saytına
verdikləri müsahibədə
də qrupun üzvləri Bayqali Serkebayev (prodüser, bəstəkar və klavişli alətlər ifaçısı), Vladimir Mikloşiç
(bas-gitara), Fyodor Dosumov
(gitara) və Keti Topuriya (vokal) Bakı səhnəsi, tamaşaçılarından
ötrü çox darıxdıqlarını etiraf
edərək bizdən
dəvət gözlədiklərini
bildiriblər. Qrup sonuncu
dəfə 2004-cü ildə
paytaxtımızın qonağı
olub - Danimarkanın
"Nevergreen" əkollektivi
ilə birlikdə.
Həmin
ilin yayında isə şəxsi dəvətlə Bakıda
çıxış ediblər.
"A-Studio: "Əziz bakılılar,
biz sizin təbiətinizi,
dənizinizi, kabablarınızı,
ümumiyyətlə, gözəl
mətbəxinizi çox
sevirik. Amma nədənsə, artıq uzun müddətdir bizi Bakıya dəvət etmirlər. Çox təəssüf".
Solist Batırxan
Şukenov qrupu tərk edəndən sonra "Culiya" və "Nelyubimaya" kimi mahnılar "A-Studio"nun repertuarından
çıxsa da, kollektiv peşəkarlıq
və məlahət cəhətlərini itirmədi.
Nə Şukenovdan sonrakı solist Polina Qriffis,
nə də indiki solist Keti
Topuriya ilə.
"A-Studio": "Biz hesab
etmirik ki, solistləri tez-tez dəyişirik. 20 il üçün 3 solist çox deyil. Həm də biz əsl
pərəstişkarlarımıza güvənirik. Onlar "A-Studio"nun
ən obyektiv münsiflər heyətidir.
Batırxan Şukenov ömrünün
13 ilini "A-Studio"ya
sərf edəndən
sonra özündə
birdən-birə solo çıxış
etmək kimi şəxsi ambisiyalar aşkar etdi. Burda qeyri-təbii heç nə yoxdur. Hər bir solist bu
cür yaradıcılıq
yolunu da sınaqdan keçirmək
istəyir. Və artıq
ilk addımı atandan
sonra bəlli olur ki, solo karyera
alına bilər, yoxsa yox".
Bayqali Serkebayev: "Hər bir yeni ifaçı
şəxsiyyətdir. O, qrupa
özünün musiqi
zövqünü, temperamentini
gətirir. Bunun yaxşı tərəfləri
də var. Ən azı ona görə
ki, yeni vokalçı-solist qrupu gəncləşdirir. Düşünürəm ki, ilk tərkiblə biz yerimizdə "saymağa"
məhkum edilə bilərdik. Batırla
biz caz-rok, fank, caz-fank və s. bu kimi musiqi
ilə məşğul
ola bilirdik.
Polina ilə daha çox
dəbdə olan klub musiqisi ifa
edirdik. Keti ilə isə
gitaranın müşayiəti
ilə pop-rok janrında çalışırıq".
Bəzilərindən fərqli olaraq
"A-Studio" azərbaycanlı musiqiçiləri yaxşı
tanıyır və bir çoxları ilə dostluq da edir.
Bayqali: "Yaxşı
tanışlarımızdan biri Fulikdir. Bir vaxtlar onunla Bakıda tez-tez görüşürdük. Ümumiyyətlə, Bakıda çoxlu
dost-tanışımız var. Fulik skripkaçı və vokalçıdır.
O, indi Moskvada çalışır. Səsyazma studiyaları
və müxtəlif ifaçılarla əməkdaşlıq
edir. Əlbəttə, Bakının cazmenlər
diyarı olması bəlli faktdır. Onların bəziləri, eləcə
də çoxlu vokalçılar və nəfəsli alətlər
çalğıçıları indi Moskvada yaşayırlar".
Bayqali:
"Bəli, Emil çox
istedadlı oğlandır.
O, uşaq vaxtdan bizim musiqini dinləyir. Bizimçün orijinal aranjimanlar
edirdi. Ümumiyyətlə, Azərbaycanda istedadlı
insanlar çoxdur.
Heyf ki, indi sərhədlər
ayrılıb".
"A-Studio" Bakıya tez-tez gəlməsə də, radiostansiyalarımızla sıx
əməkdaşlıq edir
və yeni kompozisiyalarını dərhal
bakılı pərəstişkarlarına
göndərir.
"A-Studio" 2005-2007-ci illər ərzində
"Ən özgün
qrup" adına,
Qazaxıstanın müstəqil
platin mükafatı olan "Tərlan"a,
"Rus radiosu"nun təsis etdiyi 2 "Qızıl mikrofon"a layiq görülüb. Qrupun "Uletayu" mahnısı "ORT" telekanalının
"İlin mahnısı"
müsabiqəsinin, "Rekord"
mükafatının "Radiohit"
nominasiyasının qalibi
olub. Elə həmin 2006-cı ildə bu kompozisiya
RMA MTV mükafatının "Ən yaxşı rinqton" nominasiyasında
1-ci yeri tutub. 2007-ci ildə "A-Studio"ya RMA MTV-nin "Ən yaxşı qrup" mükafatı təqdim olunub.
Həftə içi.- 2008.- 10 oktyabr.- S. 8.