ÜNS yaradıcılıq
səhnəsində İtaliya
musiqisi gecəsi
Bu günlərdə
ÜNS yaradıcılıq səhnəsində
bakılıların böyük marağına səbəb
olmuş İtaliya opera musiqisi gecəsi keçirilmişdir. Gecənin
iştirakçılarından biri, Moskvadakı Helikon
operanın aparıcı solisti, Rusiyanın əməkdar
artisti, vokalçıların beynəlxalq
müsabiqələrinin laureatı Marina Karpeçenko idi.
Misilsiz soprano səsi
olan M.Karpeçenko məşhur italyan bəstəkarları
Verdinin "Traviata", Puççininin "Toska",
Rossininin "Neapol tarantellası" operalarından ariyalar
və başqa əsərlər ifa etmişlər.
Respublikanın
əməkdar artisti Samir Cəfərovun solo
çıxışı, xüsusən də onun ifasında
Verdinin "Riqoletto" operasından Hersoqun,
Puççininin "Toska" operasından Kavaradossinin
ariyaları dinləyicilər tərəfindən
alqışlarla qarşılanmışdır.
Konsertdə Marina
Karpeçenko və Samir Cəfərovun ifasında duetlər
də səslənmişdir. Onların məharətlə
oxuduqları "Traviata" operasından Violetta və
Alfredonun təsirli dueti tamaşaçıların
sürəkli alqışlarına səbəb olmuşdur.
Moskvalı
müğənni ilk dəfə deyildir ki, Bakıya gəlir. O,
bir neçə il əvvəl elə bu səhnədə
"Karmen" operasında
uğurla çıxış
etmişdi. Karpeçenko
o vaxt necə
yaxşı qarşılandığını,
bu şəhərdə
əsl yüksək musiqi xiridarlarının və pərəstişkarlarının
yaşadığını əsla unutmamış, budəfəki dəvəti
də böyük məmnuniyyətlə qəbul
etmişdir.
Konsert öz
heyranlıqlarını gurultulu alqışlarla ifadə
edən dinləyicilərə əsl fərəh, bayram
əhval-ruhiyyəsi bəxş etmişdir.
Respublika.- 2008.- 23 oktyabr.- S. 3