Azərbaycanda Belorus Mədəniyyət Günləri keçirilir

 

Azərbaycan Respublikası ilə Belorus Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası Komissiyanın IV iclasının 2008-ci il 27 mart tarixli protokoluna uyğun olaraq 2008-ci il bu gün Azərbaycanda Belorus Respublikasının Mədəniyyət Günlərinə start verilir.

Azərbaycana gələn 80 nəfərlik nümayəndə heyətinə Belorus Respublikasının mədəniyyət nazirinin müavini Qridyuşko Vladimir Pavloviç rəhbərlik edir. Rəsmi nümayəndə heyətinin tərkibinə Belorus Respublikasının Milli Akademik Böyük Balet Teatrının direktoru bədii rəhbəri Yelizaryev Valentin Nikolayeviç, Mədəniyyət Nazirliyinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Kajuro Mixail Viktoroviç daxildirlər.

Bədii kollektivləri Belorus Respublikasının Dövlət Rəqs kollektivi, əməkdar kollektiv "Syabrı" ansamblı, İrina Dorofeyevanın Mahnı Teatrı, beynəlxalq müsabiqələr laureatı Günəş Abbasova, uşaq "Avroviziya" müsabiqəsinin qalibi Kseniya Sitnik, beynəlxalq müsabiqələr laureatı Pyotr Yefimov, konsertin aparıcısı Yelena Spiridoviç, Belteleradio Şirkətinin çəkiliş qrupu və başqaları daxildirlər. Səfər çərçivəsinə Belorus Respublikasının xalq rəssamı Q.X.Vaşşenkonun yağlı boya ilə işlənmiş 35 əsərindən ibarət fərdi sərgisi daxildir. Mədəniyyət günləri çərçivəsində Azərbaycan Kinematoqrafçılar İttifaqında "Qara pişiyin belində" "Vətən qalxanı" Belorus filmləri nümayiş olunacaq.

 

Səs.- 2008.- 22 oktyabr.- S. 13.