Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı "Layiqli Əmək günü" aksiyasına qoşulmuşdur

 

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası oktyabrın 7-sini "Layiqli Əmək günü" elan etmişdir. Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının Respublika Komitəsində bu münasibətlə "Layiqli əməyin təmin edilməsində həmkarlar ittifaqlarının rolu" mövzusunda tədbir keçirilmişdir. Bildirilmişdir ki, aksiyadan məqsəd gənclərin, qadınların, əlillərin məşgulluğunun təmin edilməsi, təhlükəsiz əmək şəraitinin yaradılması, yoxsulluğun aradan qaldırılması, əməyə görə əməkhaqqının müəyyənləşdirilməsi problemlərinin həllinə ictimaiyyətin diqqətini cəlb etməkdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Rəna Abdullayeva tədbirdə çıxış edərək bildirmişdir ki, ölkəmizdə Beynəlxlq Əmək Təşkilatı (BƏT) ilə əməkdaşlıq çərçivəsində bir sıra layihələr həyata keçirilir. Azərbaycan bu təşkilatın 55 konvensiyasına qoşulmuşdur. Azərbaycan gənclərin məşğulluğunun təşkil edilməsi sahəsində 10 lider dövlət sırasına daxil edilən yeganə MDB ölkəsidir. Respublikamızda aztəminatlı ailələrin üzvlərinin ixtisasının artırılması dəyişdirilməsi, kiçik orta sahibkarlığın inkişaf etdirilməsi üçün müxtəlif kurslar, seminarlar təşkil edilir. Hazırda uşaq əməyindən istifadənin aradan qaldırılması, analığın mühafizəsi digər məsələlərə dair konvensiyalar ratifikasiyaya hazırlanır.

Sonra çıxış edənlər mədəniyyət işçilərinin də "Layiqli Əmək günü" aksiyasına qoşulduğunu bildirmiş, bu sahədə həmkarlar ittifaqının rolundan danışmışlar.

 

Azərbaycan.- 2008.- 8 oktyabr.- S. 6.