Bakıda Belarus Mədəniyyəti Günlərinin
təntənəli açılışı
olmuşdur
Oktyabrın 22-də
Dövlət Musiqili Komediya Teatrında Azərbaycanda Belarus
Mədəniyyəti Günlərinin təntənəli
açılışı olmuşdur.
Tədbiri giriş
sözü ilə açan mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev bildirmişdir ki, Azərbaycan
və Belarus prezidentlərinin qarşılıqlı səfərlərindən
sonra ölkələrimiz arasında bütün
sahələrdə olduğu kimi, mədəniyyət
sahəsində də əlaqələr xeyli
genişlənmiş, yeni mərhələyə qədəm
qoymuşdur. Mədəniyyətlərimizin
qarşılıqlı təbliği,
sənət adamlarımızın
əməkdaşlığı xalqlarımız arasında
qədim tarixə malik əlaqələrə
yeni təkan verməkdədir.
Ə.Qarayev demişdir
ki, hər iki respublikada mədəniyyət və incəsənət
xadimlərinin bir-birini yaxından tanıması,
əməkdaşlıq etməsində belə
tədbirlərin mühüm əhəmiyyəti vardır.
Nazir
vurğulamışdır ki, Belarus mədəniyyət
xadimlərinin Azərbaycana gəlişi bizim üçün
əsl bayramdır. Biz bu gün Belarus
xalqını təmsil
edən incəsənət
ustalarının çıxışlarından
xüsusi zövq alacağıq.
Tədbirdə Belarus mədəniyyət nazirinin
müavini Vladimir Qridyuşko Azərbaycana böyük bir nümayəndə heyəti
ilə gəldiklərini
bildirmişdir. Artıq
bakılılar Belarus
rəssamlarının əsərləri,
filmləri, incəsənəti
ilə tanış olmaq imkanı qazanmışlar.
Azərbaycanda onlara
göstərilən doğma münasibətdən
razılıqla danışan Vladimir Qridyuşko demişdir ki,
mədəniyyət xadimlərimiz arasında mövcud olan bu məhsuldar
əməkdaşlıq bundan sonra da davam etdiriləcəkdir.
Gecədə Belarusun
mədəniyyət ustaları geniş konsert proqramı
ilə çıxış etmişlər.
Azərbaycan.- 2008.- 23 oktyabr.- S. 5.