Belorus Respublikasının Mədəniyyət
günləri davam edir
Bildiyimiz
kimi, oktyabrın 22-də Azərbaycanda Belorus
Respublikasının Mədəniyyət günlərinə
start verildi. Azərbaycanla Belorus arasında
qarşılıqlı əməkdaşlığın
nəticəsi olaraq iki ölkə arasında belə bir səviyyədə tədbir təşkil olunmuşdur. Ölkələrimiz
arasında, bütün
sahələrdə olduğu
kimi, mədəniyyət
sahəsində də
əlaqələr xeyli
genişlənmiş, yeni
mərhələyə qədəm
qoymuşdur. Qeyd edim ki, hər iki ölkə
prezidentinin qarşılıqlı
səfərlərindən sonra
Azərbaycan ilə Belorus arasında, bütün sahələrdə
olduğu kimi, mədəniyyət sahəsində
də əlaqələr
xeyli genişlənmiş,
yeni mərhələyə
qədəm qoymuşdur.
Ötən il Belorusda Azərbaycan Mədəniyyəti Günləri
keçirilmişdir. İndi
ölkəmizdə Belorus
Mədəniyyəti Günləri
başlanır. Müxtəlif
sahələrdə əməkdaşlıq
müqavilələri imzalanmışdır.
Hər iki respublikada mədəniyyət
və incəsənət
xadimlərinin bir-birini
yaxından tanıması,
əməkdaşlıq etməsi
üçün belə
tədbirlərin mühüm
əhəmiyyəti vardır.
Mədəniyyətlərimizin
qarşılıqlı təbliği, sənət adamlarımızın
əməkdaşlığı xalqlarımız arasında
qədim tarixə malik əlaqələrə yeni təkan
verməkdədir. Hər iki respublikada mədəniyyət və
incəsənət xadimlərinin
bir-birini yaxından tanıması, əməkdaşlıq
etməsində belə
tədbirlərin mühüm
əhəmiyyəti vardır.
Belorus mədəniyyət
xadimlərinin Azərbaycana
gəlişi bu gün əsil bayrama çevrilib. Belə ki, Belorus
xalqını təmsil
edən incəsənət
ustalarının çıxışları
Azərbaycan sənətsevərlərinə
xüsusi zövq verir.
İki
dövlət arasındakı mədəni
əlaqələrin nəticəsidir ki, bu yaxınlarda
Minskdə görkəmli bəstəkar Qara Qarayevin yubileyi qeyd
olundu. Eyni zamanda, Belorus
Opera və Balet Teatrının Bakı səhnəsində
çıxışları anşlaqla qarşılandı.
Həmçinin, müxtəlif
festivallarda hər iki tərəf fəal təmsil olunub. 80 nəfərlik nümayəndə heyətinə
başçılıq edən
Belorus mədəniyyət
nazirinin müavini Vladimir Qridyuşko bu əməkdaşlığın
teatr və kitabxana sahəsində də dərinləşdirməyin
vacibliyini qeyd edib. Birgə teatr tamaşalarının
hazırlanması və
təcrübə mübadiləsi
barədə də fikir mübadiləsi aparılıb. Bu səfərdə mədəniyyət
müəssisələrində gedən abadlıq-quruculuq işləri də qonaqların diqqətindən yayınmayıb.
Mədəniyyət
günləri çərçivəsində Belorus
kinematoqrafiyasının istehsalı olan "Qara pişiyin
belində" filmi təqdim olunub və "Vətən qalxanı"
filmi də Azərbaycan tamşaçısının
ixtiyarına veriləcək.
Azərbaycanda
Belorus Mədəniyyət Günləri
çərçivəsində Bədii sərgi salonunda
Belorusun xalq rəssamı Qavriil Vaşçenkonun
əsərlərindən ibarət sərginin
açılış mərasim keçirildi.
Mədəniyyət
və turizm nazirinin müavini Ədalət Vəliyev
tədbirdə çıxış edərək qonaqlara
Azərbaycan rəssamlarının
yaradıcılığı haqqında məlumat verərək,
bu tədbirlərin ölkələrimiz arasında
mədəni əlaqələrin
genişləndirilməsinə təkan verdiyini
vurğuladı.
Belorus
mədəniyyət nazirinin müavini Vladimir Qridyuşko
mədəniyyət günləri
çərçivəsində dünya şöhrətli
rəssam Q.Vaşçenkonun rəsm
əsərlərindən ibarət sərginin
açılışını qardaş
xalqlarımızın mədəniyyətlərinin
inteqrasiyası kimi dəyərləndirdi.
Qavril
Vaşçenko Azərbaycanın xalq rəsssamları Tahir
Salahov və Toğrul Nərimanbəyovun əsərlərinin
Belorusda şöhrət qazandığını,
özünün də onlarla dostluq etdiyini və bu
əməkdaşlığın iki qardaş xalqın
mədəniyyətlərinin inkişafına töhfə
verdiyini vurğuladı. Azərbaycanda Belorus
Respublikasının Mədəniyyət Günləri davam
edir.
Səs.- 2008.- 24 oktyabr.- S. 13.