Mükərrəmoğlu M.
Azərbaycanda Belarus mədəniyyəti
günləri
Azərbaycan
Respublikası ilə Belarus Respublikası arasında
ticarət-iqtisadi əməkdaşlıq üzrə
Hökumətlərarası Komissiyanın IV iclasının
2008-ci il 27 mart tarixli Protokoluna uyğun olaraq, 2008-ci il 22-24
oktyabr tarixlərində Azərbaycanda Belarus
Respublikasının mədəniyyət günləri
keçiriləcək. Mədəniyyət və Turizm
Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki,
Azərbaycana gələn 80 nəfərlik nümayəndə
heyətinə Belarus Respublikasının mədəniyyət
nazirinin müavini Vladimir Qridyuşko rəhbərlik edir.
Rəsmi nümayəndə heyətinin tərkibinə Belarus
Respublikasının Milli Akademik Böyük Balet
Teatrının direktoru və bədii rəhbəri ValentinYelizaryev,
Mədəniyyət Nazirliyinin Beynəlxalq əlaqələr
şöbəsinin müdiri Mixail Kacuro daxildirlər.
Bədii kollektivləri
Belarus Respublikasının dövlət rəqs kollektivi,
əməkdar kollektiv “Syabrı” ansamblı, İrina
Dorofeyevanın Mahnı Teatrı, beynəlxalq müsabiqələr
laureatı Günəş Abbasova, Uşaq “Avroviziya”
müsabiqəsinin qalibi Kseniya Sitnik, Beynəlxalq
müsabiqələr laureatı Pyotr Yelfimov, konsertin
aparıcısı Yelena Spiridoviç, Belteleradio
Şirkətinin çəkiliş qrupu və başqaları
daxildirlər. Səfər çərçivəsinə
Belarus Respublikasının xalq rəssamı
Q.X.Vaşşenkonun yağlı boya ilə işlənmiş
35 əsərindən ibarət fərdi sərgisi də
daxildir. Mədəniyyət günləri
çərçivəsində Azərbaycan
Kinematoqrafçılar İttifaqında “Qara pişiyin belində”
və “Vətən qalxanı” Belarus filmləri nümayiş
olunacaq. Bu gün Belarus nümayəndə heyəti Fəxri
Xiyabanı və Şəhidlər Xiyabanında əklilqoyma
mərasimində iştirak edəcək, AR
mədəniyyət və turizm naziri Ə.Qarayevlə
görüşəcək və mətbuat konfransı
keçiriləcək.
Eyni zamanda,
Kinematoqrafçılar İttifaqının kinozalında
Belarus filmlərinin nümayişi və Bədii Sərgi
Salonunda Q. X. Vaşşenkonun fərdi sərgisinin
açılışı olacaq.
Belarus
mədəniyyət günlərinin ilk günü
Dövlət Musiqili Komediya Teatrında Belarus Respublikasının
mədəniyyət günlərinin açılış
mərasimi və konsertlə başa çatacaq.
Belarus
nümayəndə heyəti oktyabrın 23-də Sumqayıt
şəhərində olacaq, burada sumqayıtlılarla
görüş və konsert proqramı nümayiş
etdiriləcək. Həmin gün Mahnı Teatrında
İrina Dorofeyevanın Mahnı Teatrının konserti, eyni
zamanda, Kinematoqrafçılar İttifaqının
kinozalında Belarus filmlərinin nümayişi
keçiriləcək. Sumqayıtda isə yenidən Belarus nümayəndələrinin
iştirakı ilə konsert olacaq.
Oktyabrın 24-də
isə Belarus Respublikası mədəniyyəti günlərinin
bağlanış mərasimi keçiriləcək.
Xalq qəzeti.- 2008.- 21 oktyabr.- S. 7.