Ümummilli lider Heydər Əliyevin və şəhidlərin
xatirəsinə ehtiram
Oktyabrın 22-dən 24-dək Azərbaycanda Belarus Respublikasının
Mədəniyyəti Günləri
keçirilir. Belarus mədəniyyət
nazirinin müavini Vladimir Qridyuşkonun başçılıq etdiyi
nümayəndə heyəti
oktyabrın 22-də Fəxri xiyabana gələrək Azərbaycan
xalqının ümummilli
lideri Heydər Əliyevin məzarı önünə əklil qoymuş, ulu öndərin xatirəsini
ehtiramla yad etmişdir.
Qonaqlar görkəmli
oftalmoloq alim Zərifə xanım Əliyevanın da
məzarı üzərinə gül dəstələri
düzmüşlər.
Daha sonra Belarus
Mədəniyyəti Günlərinin
iştirakçıları Şəhidlər xiyabanında
olmuşlar. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü
uğrunda mübarizədə
şəhid olmuş qəhrəman Vətən
övladlarının məzarı
üstünə tər
qərənfillər qoyulmuşdur.
Qonaqlar paytaxtın
yüksək nöqtəsindən Bakının
mənzərəsini seyr etmişlər.
Azərbaycan.- 2008.- 23 oktyabr.- S. 5.