Bakıda Tatarıstan rəssamlarının əsərlərinin sərgisi açılmışdır

 

Oktyabrın 4-də Muzey Mərkəzində Azərbaycanda Tatarıstan Mədəniyyət günləri çərçivəsində tatar rəssamlarının əsərlərindən ibarət sərgi açılmışdır.

Sərginin açılışı mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirin əhəmiyyətindən danışmışdır. Nazir bildirmişdir ki, Azərbaycan ilə Tatarıstan arasında mədəniyyət sahəsində də əlaqələr genişlənməkdədir.

Tatarıstan Baş nazirinin müavini, mədəniyyət naziri Zilya Valeyeva demişdir ki, Azərbaycanda Tatarıstan Mədəniyyəti günləri çərçivəsində respublikamızın tarixi və mədəni nailiyyətlərini qardaş Azərbaycan xalqına nümayiş etdirməyə çalışacağıq. Qonaq bildirmişdir ki, bu tədbir xalqlarımız arasında mədəni əlaqələrin genişlənməsinə öz töhfəsini verəcəkdir.

Sərgidə tanınmış tatarıstanlı rəssamların əsərləri nümayiş etdirilir.
Sərgi oktyabrın 6-dək davam edəcəkdir.

 

Azərbaycan.- 2008.- 5 oktyabr.- S. 7.