Təranə

 

Tatarıstan Mədəniyyəti Günləri başlayır

 

Həftə sonu ölkəmizdə Tatarıstan Respublikasının Mədəniyyət Günlərinə start veriləcək. 60 nəfərdən artıq nümayəndə heyətinə Tatarıstan Respublikası baş nazirinin müavini, mədəniyyət naziri Zilya Valeyeva başçılıq edəcək. Mədəniyyət Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Tatarıstan Mədəniyyət Günlərinin Musiqili Komediya Teatrında təntənəli açılışı Tatarıstan incəsənət ustalarının konserti keçiriləcək. Mədəniyyət günləri çərçivəsində Muzey Mərkəzində "Tatarıstan rəssamlarının müasir incəsənəti" adlı sərgi, Xırdalan şəhərində Tatarıstan incəsənət ustalarının konserti, Mirzə Fətəli Axundov adına Milli Kitabxanada görüş, XIX-XX əsrlərdə Azərbaycanda milli-demokratik hərəkata həsr olunan kitabların elektron variantının təqdimatı keçiriləcək.

Rəsmi nümayəndə heyətinin Mədəniyyət və Turizm Nazirliyində Ə.Qarayevlə görüşü və mətbuat konfransı da nəzərdə tutulub.

Tatarıstan Mədəniyyət Günləri oktyabrın 4-dən 6-na qədər davam edəcək.

 

Kaspi.- 2008.- 3 oktyabr.- S. 14.