“Azərbaycan
Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü
illərdə inkişafı üzrə Dövlət
Proqramı”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikasında kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması,
elmi-mədəni sərvətlərdən
hərtərəfli istifadə imkanlarının
genişləndirilməsi, cəmiyyətin informasiya
təminatının artırılması, eləcə də
Azərbaycan kitabxanalarının dünya informasiya
məkanına daxil olmasının təmin edilməsi
məqsədi ilə qərara alıram:
1. “Azərbaycan
Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü
illərdə inkişafı üzrə Dövlət
Proqramı” təsdiq edilsin.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan
irəli gələn məsələləri həll etsin.
3. Bu sərəncam
imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev, Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 6 oktyabr 2008-ci il
Xalq qəzeti.- 2008.-7 oktyabr.- S. 1.