Xəlilzadə F.

 

Unudulmaz görüşlər

 

Ümummilli lider Heydər Əliyev elə böyük şəxsiyyət idi ki, adı ilə bağlı hər bir görüşün, söhbətin, məqamın öz dəyərli mənası ibrətamiz cəhətləri var. Ulu öndərin Azərbaycan xalqının xoş gələcəyi uğrunda apardığı daxili xarici siyasətdən demək olar ki, hamı xəbərdardır. Çünki bu dahi insanın həyat fəaliyyəti, yaradıcılığı xalqa tam aydınlığı ilə çatdırılırdı. Heydər Əliyevin məmləkətimizin, xalqımızın taleyindəki xidmətləri bir insan ömrünə sığmayacaq cahanşümul əməllərdir. Bu səbəbdən ümummilli liderin şöhrəti bütün dünyanı dolanmışdır.
Ümummilli lider barəsində yazıldıqca, deyildikcə yenə isə qalır. Ürəklərin sevgisi tükənmək bilmir. İnsanların qəlbində bu böyük şəxsiyyətə qarşı əbədi ünvan tapmış bir məhəbb
ət yaşamaqdadır. Bu məhəbbətin ürəklərdə qurduğu abidə isə elə möhtəşəm qüdrətlidir ki, bitib tükənmək bilmir. Mədəniyyət tariximizdə Heydər Əliyevə bərabər dayanacaq elə bir dövlət başçısı olmayıb ki, bu sahənin işçilərinə onun kimi diqqətli, həssas qayğıkeş münasibət göstərsin. Teatrların premyeralarında, yazıçı şairlərin, mədəniyyət, incəsənət, elm adamlarının yubileylərində, yaradıcılıq gecələrində iştirak edən, nitq söyləyən Heydər Əliyev həmişə tədbirin sonunda mütləq pərdə arxasına keçərək bədii hissəni nümayiş etdirən sənətkarlarla görüşərdi.

ütəxəssislər söyləyirlər ki, Heydər Əliyev bu unudulmaz görüşlərdə həmişə çox şən, zarafatcıl, hər kəsə xoş sözlər deyən, insanların əməyini yüksək qiymətləndirən dövlət başçısı kimi diqqət çəkirdi. Bəzən bu görüşlərdə Heydər Əliyev mədəniyyət incəsənət adamlarının yaradıcılığını, fəaliyyətini elə dəqiq, peşəkarcasına təhlil edirdi ki, hamı heyrət içində qalırdı. Belə görüşlərdə həmişə Heydər Əliyevin bir insan kimi məziyyətləri açılırdı.

Məşhur tarzən Zamiq Əliyevin bu yaxınlarda çapdan çıxan "Heydər Əliyev: səhnəarxası görüşlər" kitabında məhz ulu öndərin müxtəlif tədbirlərdə sənət adamları ilə görüşlərindən, onlara göstərilən qayğı və diqqətdən söhbət açılır. Eyni zamanda Heydər Əliyev haqqında sənət adamlarının xatirələri, ürək sözləri də bu kitaba salınmışdır.

Ulu öndərin dahi sənətkar Rəşid Behbudovun xatirə gecəsində, İlyas Əfəndiyevin Milli Dram Teatrında göstərilən "Hökmdar və qızı" tamaşası zamanı, böyük maestro M.Rastropoviçin iştirakı ilə keçirilən konsertdə, görkəmli bəstəkar Tofiq Quliyevin 80 illik yubileyində, eləcə də Fidan və Xuraman Qasımova bacılarının yaradıcılıq hesabatlarındaE keçirdiyi görüşlər zamanı söylədiyi nitqlərin hər birində mədəniyyətimizin inkişafı naminə qızıl səhifələr açılıb.

Bəstəkar Aqşin Əlizadənin fikirlərindən: "Heydər Əliyev Azərbaycan tarixinin ən güclü şəxsiyyətlərindən biridir. Babək, Şah İsmayıl Xətayi deyirik. Gərək bu sırada mütləq Heydər Əliyevin adını çəkək".

Yazıçı və şairlərin yubiley gecələrində fasilə zamanı Heydər Əliyev həmişə bir qrup ziyalı ilə görüşər, onların arzu və diləklərini eşidərdi. Səmimi söhbət zamanı müxtəlif mövzularda ətraflı fikir mübadiləsi olardı. Xalq artisti Ağaxan Abdullayev söyləyir: "Dövlət tədbirində iştirak edirdim. Zil bir pərdəni oxudum. Tədbirdən sonra pərdə arxasına keçən Prezident ifamı bəyəndiyini, hətta bir qədər həyəcan keçirdiyini belə ifadə etdi:

- Ağaxan, çox gözəl oxudun. Sən zilə çıxanda, inan Allaha, ürəyim ağrıdı ki, sən o zil pərdəyə necə qalxdın? Sən bir çox zilə çıxma. Özünü qoru. Belə ifaya ürək tab gətirə bilməz".

Zamiq Əliyev "Ön söz əvəzi"ndə yazır: "Heydər Əliyev elə fenomenal şəxsiyyətdir ki, onun haqqında nə qədər yazılsa da, nə qədər deyilsə də, ulu öndərin sözlə, fırça ilə bütöv portretini yaratmaq, olduğu kimi göstərmək mümkünsüzdür. Ustalıqla yazılmış böyük kitablarda da ulu öndərin böyük obrazı, xırda detalları, ayrı-ayrı fraqmentləri ola bilər. Yaxından baxanda böyük dağları tam əzəmətiylə görmək mümkün olmadığı kimi, bizlər ulu öndərin nəhəngliyini bəlkə dərk edə bilmirik. İllər ötdükcə, memarı olduğu Azərbaycan qüdrətləndikcə gələcək nəsillər bu böyük şəxsiyyətin əsl obrazını daha dolğunluğu ilə görəcəklər. Bizim o böyük portretə xırda ştrixlər əlavə etmək cəhdlərimiz məhz buna hesablanıb".

Nəfis tərtibatla çap edilmiş kitabda ümummilli liderin sənət adamları, mədəniyyət işçiləri, yazıçı və şairlərlə görüşü zamanı lentə köçürülmüş şəkilləri də verilmişdir. Xiffət maraqla baxdığımız bu fotolarda ulu öndərin ömrünü yaşadan anların, məqamların xoş xatirəsi qəlbimizə sirayət edir. Bu şəkillərdə Heydər Əliyev ömrünün sözlə ifadəsi çətin olan çox təsirli, yaddaqalan, insanı daim yaradıcılığa ruhlandıran bir qüdrətin qəribəliyi duyulur.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr edilən "Heydər Əliyev: səhnəarxası görüşlər" kitabı ulu öndərin 85 illik yubileyinə ərməğandır. Yeni nəşrin rəyçiləri akademik Fuad Qasımzadə, professor Timuçin Əfəndiyev, xalq artisti Siyavuş Kərimidir. Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu kitabdan tələbələr daha çox bəhrələnə bilərlər. Gələcək mədəniyyət işçiləri bu nəşrin hər səhifəsindən örnək götürə biləcək nümunələrlə rastlaşacaqlar.

Əlbəttə, ulu öndərin pərdəarxası görüşləri çox geniş və zəngindir. Bu ünsiyyətin hesabını aparsaq, bu qənaətə gəlmək olar ki, ulu öndərin unudulmaz görüşlərini təfsilatı ilə tam bir kitaba sığışdırmaq qeyri-mümkündür. Yəqin ki, gələcəkdə bu yöndə yenə toplular, kitablar hazırlanacaqdır. Yeni nəşrin M.F.Axundov adına Respublika Milli Kitabxanasında keçirilən təqdimat mərasimində məhz belə fikirlər səsləndi. Xüsusilə xalq artistləri Habil Əliyev, Arif Babayev, Amaliya Pənahova, Fidan Qasımova başqalarının söylədikləri xatirələrdən bir daha aydın oldu ki, hələ yazılacaq çox məqam var.

Azərbaycan.- 2008.- 4 oktyabr.- S. 6.