M.F.Axundov adına Milli Kitabxanada yenidənqurma işlərinə başlanacaq

 

M.F.Axundov adına Milli Kitabxanada yenidənqurma işlərinə başlanacaq.

APA-nın məlumatına görə, Mədəniyyət Turizm naziri Əbülfəs Qarayev bildirib ki, yenidənqurma işləri zamanı Belarusun digər ölkələrin təcrübələrindən istifadə olunacaq: "Hamıya məlumdur ki, Minskdə dünyanın ən gözəl kitabxanalarından biri yerləşir. Milli Kitabxananın yenidən qurulması işinə belaruslu mütəxəssisləri cəlb edəcəyik". Nazir gələn ilin ilk ayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yenidən qurulmasına başlanacağını da deyib. Bu teatrın da rekonstruksiyasında Belarusun təcrübəsindən istifadə olunacaq.

 

Şərq.- 2008.- 23 oktyabr.- S. 14.