Mükərrəmoğlu M.
Azərbaycan kitabxanalarının nəzdindəki Amerika mərkəzlərinin fəaliyyəti
gücləndirilir
2007-ci ilin iyun ayında
Azərbaycan Dillər
Universitetinin nəzdində
Azərbaycanda ilk Amerika Mərkəzinin rəsmi açılış
mərasimi keçirilmişdir.
Azərbaycanın birinci
xanımı, Heydər
Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyeva tədbir iştirakçılarına
təbrik məktubu göndərmiş və qeyd etmişdir ki, “... Bu, zəngin resurslara
malik bir mərkəz olacaq və ölkəmizdə təhsilin inkişafına
dəstək verməklə
yanaşı, Azərbaycan
və ABŞ arasında
mədəni və siyasi əlaqələrin davamlı olaraq ən yüksək səviyyədə saxlanılması
və inkişafı üçün mühüm
vasitəyə çevriləcəkdir”.
Azərbaycanın 5 kitabxanasının
nəzdində Amerika mərkəzlərinin fəaliyyət
göstərməsi barədə
anlaşma memorandumu mədəniyyət və
turizm naziri Ə.Qarayev və ABŞ-ın Azərbaycandakı səfiri
Ə.Dersi tərəfindən imzalanmışdır.
Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycanın 5
regionunda – Gəncə və Lənkəran
şəhərləri, eləcə də Salyan,
Kürdəmir və Xaçmaz rayon mərkəzi
kitabxanalarının nəzdində bu ilin mart ayında Amerika
mərkəzləri fəaliyyətə
başlamışdır. Bu yaxınlarda Azərbaycandakı
Amerika mərkəzlərinin
konfransı keçirilmişdir.
Konfransın əsas məqsədi
Amerika mərkəzlərinin
təcrübəsini öyrənmək,
dünyada və Azərbaycanda fəaliyyət
göstərən Amerika
mərkəzlərinin ən
qabaqcıl iş metodlarının proqramlaşdırılmasının
qiymətləndirilməsi və
yayılması idi.
Ümumiyyətlə,
dünyada 360 Amerika Guşəsi (mərkəzi)
fəaliyyət göstərir, yaxın vaxtlarda daha 29
guşə yaradılacaqdır.
Bu il onların
sırasına Lənkəran, Gəncə şəhər,
Xaçmaz, Kürdəmir rayonlarında fəaliyyətə
başlayan mərkəzlərin də adı əlavə olunmuşdur.
Xaçmazda fəaliyyət
göstərən Amerika
Mərkəzində 5 ay
ərzində 12 təlim,
5 məlumat günləri,
2 gəzinti (ekskursiya)
keçirilmişdir. Təlim
və məşğələlərdə
260 qadın, 206 kişi
iştirak etmişdir.
Mərkəzin nəzdində
“Bura Azərbaycandır”,
“Book club”, “Follow me”, “Conversation
club”, “Kompyuter təlimləri”, “Xaricdə
təhsil” və s. dərnəklər fəaliyyət göstərir.
Kürdəmir rayonunda
mərkəzin rəsmi
açılış mərasimi
mayın 21-də keçirilmişdir. Bu mərkəzdə də müxtəlif dərnəklər
fəaliyyət göstərir.
Mərkəzin müsbət
təcrübəsi kimi
uşaq bağçasında
keçirilən tədbirlər
və ailəvi mütaliənin inkişafı
məsələlərini qeyd
etmək olar. Yeni fəaliyyətə başlayan
Lənkəran və Gəncə mərkəzi
kitabxanaların nəzdindəki
Amerika mərkəzlərinin
əsas məqsədi
oxucuların sayının
artırılması, onların
informasiyaya olan tələbatının ödənilməsi,
Azərbaycan-ABŞ arasında
dostluq əlaqələrinin
daha da möhkəmləndirilməsi və
bununla da kitabxanaları müasir elm və informasiya
mərkəzlərinə çevirməkdən
ibarətdir. Burada ingilis dilini öyrənmək üçün
ən asan vasitələrdən biri
- ingilis dilində filmlərin nümayiş etdirilməsi əhali tərəfindən müsbət
qarşılanır.
Lənkəran
şəhərindəki mərkəzdə əhali
üçün “İş axtarma yolları”, “CV-nin
yazılması”, “İntervyu qaydaları” və s.
mühazirələr keçirilir. Gəncədəki
mərkəzdə isə
“Dilini, mədəniyyətini
və tarixini bilirsənmi”, “Mədəni
irsi nə üçün qorumaq lazımdır”, “Mən dünyanı öyrənirəm”
adlı kütləvi
tədbirlər keçirildi.
Bu Mərkəz Gəncə Regional Qadın Mərkəzi ilə birgə tədbirlər də keçirir.
Salyan rayon mərkəzi
kitabxanası respublikamızda ən qədim kitabxanalardan
biridir. Burada fəaliyyət göstərən Amerika
mərkəzində isə “Kino-klub”, “Müzakirə klubu”,
“Media klubu”, qızlardan ibarət “Voleybol klubu” fəaliyyət
göstərir.
Regionlarda
fəaliyyət göstərən Amerika mərkəzləri
kompyuter, skaner, printer, DVD-pleyer, rəqəmli fotoaparat və s.
avadanlıqla təchiz olunmuşdur.
Xalq qəzeti.- 2008.- 14 oktyabr.- S. 6.