Respublikada ilk “Kitab-Bilik” festivalı keçi­ril­miş­­dir

 

AzərTAc xəbər verir ki, oktyabrın 6-da Dövlət Kukla Teatrının qarşısında Firudin bəy Köçərli adına Kitabxananın təşəbbüsü ilə keçirilən ilk "Kitab-Bilik" festivalının təntənəli açılışı olmuşdur. Mədəniyyət turizm nazirinin müavini Sevda Məmmədəliyeva hikmət bilik xəzinəsi olan kitabın əhəmiyyətindən danışmış, gənc nəslin inkişafında mütaliənin böyük rolu olduğunu vurğulamışdır.

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru F.Quliyeva gənc nəslin tərbiyə olunmasında kitabın müstəsna, səmərəli fəal rolu olduğunu, bu istiqamətdə kitabxananın əhəmiyyətli tədbirlər gördüyünü qeyd etmişdir. Bildirmişdir ki, festival çərçivəsində "Məktəb proqramına kömək", "Nağıllar aləmində", "Sənin maraq dünyan", "Çox oxuyan çox bilər", "Kitabxanalar informasiya cəmiyyətinin beynidir" s. mövzularda kitab sərgiləri təşkil ediləcəkdir. Eyni zamanda, 1 nömrəli uşaq evində "Mənim dünyam" adlı rəsm əl işləri müsabiqəsi, İncəsənət Gimnaziyasında Ramiz Əzizbəyli başqa kinoaktyorlarla görüşlər, viktorinalar digər tədbirlər nəzərdə tutulmuşdur.

"Kitab-Bilik" festivalında Dövlət Uşaq Filarmoniyası, Gənc Tamaşaçılar Teatrı, Bülbül adına orta ixtisas musiqi məktəbi, Oqtay Zülfüqarovun "Aysel" qrupu, S.Vurğun adına Rus Dram Teatrı, Dövlət Musiqili Komediya Teatrı, Dövlət Kukla Teatrı, T.İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Sarayının kollektivləri müxtəlif maraqlı səhnəciklər, musiqi rəqs nömrələri ifa etmişlər. Rəsm nümunələri nümayiş olunmuşdur. Uşaqların ifasında uşaq yazıçı şairlərinin əsərləri səsləndirilmişdir.

Festivalda Bakı məktəbliləri, bağça müəssisələrinin uşaqları, mədəniyyət müəssisələrinin kollektivləri, habelə ictimaiyyət nümayəndələri iştirak emişlər.

"Kitab-Bilik" festivalında müxtəlif mövzularda kitab sərgiləri, maraqlı viktorinalar, müsabiqələr keçirilmiş, qaliblərə hədiyyələr təqdim olunmuşdur.

Festival oktyabrın 10-dək davam edəcəkdir.

 

Azərbaycan.- 2008.- 7 oktyabr.- S. 4.