GDU-da kitabxana resurs mərkəzi yaradılıb
Gəncə Dövlət Universitetinin riyaziyyat-informatika fakültəsinin
nəzdində pedaqoji
heyətin dəstəyi
ilə kitabxana resurs mərkəzi təsis olunub. Universitetin rektoru
Elman Məmmədov bildirib ki, hazırda
bütün respublikanın
təhsil sistemi "boloniya" sisteminə keçməkdədir.
Onun sözlərinə
görə, bu sistemin özəlliyi ondan ibarətdir ki,
tələbə müstəqil şəkildə elmin
sirlərinə yiyələnmək imkanı əldə edir: "Bu
məqsədlə tələbələr üçün
zəngin kitabxana, oxu zalı mütləq vacibdir. Universitetin hazırkı dərs vəsaiti resursları mükəmməl
şəkildə deyil.
Buna görə də təhsil müəssisəsinin Elmi
Şurasında qərara
alındı ki, hər bir fakultənin
nəzdində oxu zalları təşkil olunsun. Kitab fondumuzun bir hissəsi bu istiqamətlərə köçürülərək
tələbələrin sərəncamına
verilsin. Bu il ilk belə
addım sözügedən
fakultənin müəllim
və tələb heyəti tərəfindən
atılıb".
Fakultə dekanı
Əliqulu Quliyev qeyd edib ki, adıçəkilən
məkanda müxtəlif bölmələr (riyaziyat, informatika,
həndəsə, fizika və s.) üzrə 1000-dən
artıq ədəbiyyat toplanıb. Eyni zamanda bura kompüter-internet
vasitələri ilə
də təchiz edilib. Bundan başqa mövcud
tədris proqramını
mənimsəmək, eləcə
də beynəlxalq təhsil sisteminə inteqrasiya etmək üçün xarici dərs vəsaitlərinə
müraciət etmək
zəruridir. Bununla yanaşı,
bu vasitələrdən
yararlanmaq üçün
kitabxanada pulsuz ingilis və rus dilləri bölməsi fəaliyyətə
başlayacaq. Burada toplanan
ədəbiyyatlar arasında
həm qədimi, həm də müasir kitab vəsaitləri mövcuddur.
Lakin hələki tələbələrin
bu vasitələrdən
yararlanması üçün
geniş oxu zalı yoxdur. Artuq bununla bağlı ölkə rəhbərliyi
və Təhsil Nazirliyi qarşısında
GDU üçün yeni
kitabxananın tikilməsi
məsələsi qaldırılıb.
Bu yaxınlarda sözügedən problem də öz həllini tapacaq".
Xalq cəbhəsi.- 2008.- 31 oktyabr.- S. 11.