Vaqif tamaşasının 70 yaşı tamam olub

 

M.F.Axundov adına Milli Kitabxanada Səməd Vurğunun "Vaqif" pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın səhnəyə qoyulmasının 70 illiyi qeyd edilib. APA-nın məlumatına görə, tədbir Səməd Vurğunun ev muzeyi, Səməd Vurğun Fondu Milli Kitabxananın birgə təşkilatçılığı ilə keçirilib. Tədbirdə çıxış edən Səməd Vurğunun qızı, həm fondun, həm muzeyin direktoru Aybəniz Vəkilova "Vaqif" tamaşasının ilk dəfə 1938-ci ilin oktyabrın 5- nümayiş etdirildiyini, həmin il oktyabrın 13- isə tamaşanın premyerasının keçirildiyini xatırladıb. Akademik Bəkir Nəbiyev bu günə kimi hansısa tamaşanın 30 ya 40 illik yubileyinin keçirilməsinin şahidi olmadığını söyləyib: "Bu tamaşa Azərbaycan teatrı yaşadıqca yaşayacaq yaddaşlardan silinməyəcək". Tədbirdə tamaşanın ilk rejissoru olmuş Adil İsgəndərovun lent yazısı da dinlənilib. Mərhum rejissor deyir: "Səməd Vurğun öz işini çox sevən bir şəxsiyyətdir. Mən bir çox dramaturqlarla işləmişəm, ancaq Səməd Vurğunla işlədiyim zamanlarda aldığım zövqü heç birindən almamışam". Yubiley tədbirində "Vaqif" tamaşasının köhnə videoyazıları tamaşa zamanı çəkilmiş fotoşəkillər nümayiş etdirilib.

 

525-ci qəzet.- 2008.- 29 oktyabr.- S. 7.