Yeni miniatür kitab çapdan çıxmışdır

 

Nəşr Zərifə Salahovanın sədrlik etdiyi "Kitab" cəmiyyətində Azərbaycan-Rusiya İşgüzar Əməkdaşlıq Palatasının sponsorluğu ilə ərsəyə gəlmişdir.

Kitabda Rusiya Prezidentinin 2008-ci ilin iyulunda Azərbaycana rəsmi səfəri, Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevin və Dmitri Medvedevin bəyanatları, dövlət başçılarının Azərbaycan və rus dillərində nitqləri əksini tapmışdır.

Bu materiallar bir daha təsdiq edir ki, Azərbaycan və Rusiya strateji tərəfdaş, dost ölkələrdir və onlar arasında münasibətlərin əsasını da məhz bu təşkil edir.

38x53 formatında nəfis tərtib olunmuş kitab 160 səhifədən, 24 rəngli şəkildən ibarətdir. Kitabın üz qabığında Azərbaycan və Rusiya prezidentlərinin şəkli, forzasda isə ölkəmizin mədəni-tarixi abidələrinin xəritəsi əks olunmuşdur.

Miniatür kitab "İndiqo" nəşriyyatında çap edilmişdir.

 

Azərbaycan.- 2008.- 31 oktyabr.- S. 2.