Azərbaycan Prezidenti İlham Əliyev paytaxtda yenidən qurulmuş M.F.Axundov adına bağla tanış olmuşdur

 

       Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 28-də paytaxtda yenidən qurulmuş Mirzə Fətəli Axundov adına bağla tanış olmuşdur.

Bakı şəhərində parkların və xiyabanların əsaslı bərpası ilə əlaqədar dövlət başçısının tapşırıqlarına uyğun olaraq, 2008-ci ilin may ayında Axundov adına bağda yenidənqurma işlərinə başlanılmışdı. 1300 kvadratmetr ərazisi olan bağ qısa vaxt ərzində tamamilə yeni görkəm almışdır. Burada müasir işıqlandırma sistemi yaradılmış, üç mindən artıq gül və dekorativ kollar əkilmişdir. Ətrafda yaşayan sakinlərin istirahəti üçün bağda 20 ədəd yaraşıqlı oturacaq qoyulmuşdur.

      Prezident İlham Əliyev bağda görülmüş yenidənqurma işlərindən razılığını bildirdi

 

Xalq qəzeti.- 2008.- 29 oktyabr.- S. 2.