Qala xiyabanı tamamilə yenidən
qurulmuşdur
Oktyabrın 8-də
Prezident İlham Əliyev Lənkəran
şəhərində tamamilə yenidən qurulmuş Qala
xiyabanı ilə tanış olmuşdur.
Dövlətimizin
başçısı və xanımı xiyabanı
gəzdilər. Ətrafdakı küçələr də
abadlaşdırılaraq müasir görkəmə
salınmışdır. Suda fırlanan qlobuslar buraya
xüsusi yaraşıq verir. Fəvvarələrin
quraşdırıldığı xiyabanda Azərbaycanın
Milli Qəhrəmanı Əsgər Əliyev adına dostluq parkı
da salınmışdır. Ümumi sahəsi 1,6 hektardan
çox olan parkda ölkəmizin bütün iqtisadi
zonalarının göstəricilərini, eləcə də
təbiətini, coğrafiyasını əks etdirən
guşələr yaradılmışdır. Xiyabanda hər
bölgə üzrə milli memarlıq abidələrindən
ibarət maket də nümayiş etdirilir. Bu, təkcə
lənkəranlıların deyil, həm də
şəhərə gələn qonaqların Azərbaycan haqqında
geniş məlumat almasına imkan yaradır.
Xiyabanda, əməkdar
müəllim, Prezident təqaüdçüsü
Mirhaşım Talışlı və Lənkəran Veteranlar
Şurasının sədri Kamal Kələntərlinin
heykəlləri də maraq doğurur.
Prezident İlham
Əliyev xiyabanda və ətrafda görülmüş
işləri yüksək qiymətləndirdi, açıq
havada belə məlumat xarakterli guşənin
yaradılmasının vətəndaşların və xarici
qonaqların ölkəmizin regionları haqqında məlumat
əldə etməsi baxımından faydalı olduğunu
bildirdi.
Xalq qəzeti.- 2008.- 9 oktyabr.- S.
3.