Naibə

 

Musabəyov parkı fərqli görkəmdə

 

Orada son tamamlama işləri görülür

 

Yasamal rayonunda yerləşən keçmiş Musabəyov parkının yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulub. 2 hektara yaxın ərazini əhatə edən parkda son tamamlama işləri görülür. Yasamal rayon İcra Hakimiyyətindən verilən məlumata görə, parkın Bakıda analoqu yoxdur. Belə fikir yürütməyə əsas verən bir sıra amillər var. Parkda inşa edilən quru hovuz Bakının heç bir parkında yoxdur. Bu hovuzda bir sıra yeniliklər var. Yeniliklərdən biri quraşdırılmış böyük videomonitordur. Monitor isə hovuzun şəlalənin işləməsinə köməklik edəcək. Hovuz Şərq üslubunda inşa edilib onun ərsəyə gəlməsində türk mütəxəssislərinin böyük rolu olub. Yaşıllıq zolağının yaradılması üçünsə İrandan güllər kollar gətirilib. Parkın qranit döşəməsi Hindistan Çin istehsalıdır. Parkın əsas xüsusiyyətlərindən biri çilçırağın çoxluq təşkil etməsidir. Yerli istehsal olan oturacaqlar zibil qutuları da yeni modeldir. Parkın rayonun daxili imkanları hesabına başa gəldiyi deyilsə , xərclənən vəsait barədə konkret rəqəm bildirilməyib.

Xatırladaq ki, park ötən ilin dekabrında təmirə dayanıb. 1978-ci ildə Musabəyovun heykəlinin ucaldılması ilə "Musabəyov parkı" adını alan bu park ötən ilin dekabrına kimi paytaxt sakinlərini keçmiş kommunist, 1929 - 1931-ci illərdə o dövrün parlament sədri olan Qəzənfər Musabəyovun abidəsi ilə qarşılayardı. Məhz dekabrda Musabəyovun heykəli dağıldı parkda elə o vaxtdan təmirə başlandı. Qeyd edək ki, bu istirahət məkanı təmirə qədər uzun müddət idi baxımsız qalmışdı. Məhz bu arqumentləri əsas gətirərək Yasamal rayon İcra Hakimiyyəti parkın yenidən qurulması layihəsini hazırladı. Layihədə Musabəyovun heykəlinin yeri boş qalmışdı. İstənilən halda abidənin yerində heykəl olacaqdı. Amma hələliksə heykəlin yerində Azərbaycan bayrağı dalğalanır.
   

Həftə içi.- 2008.- 24 oktyabr.- S. 6.