Heydər Əliyev Muzeyinin açılışı

 

Oktyabrın 8-də Lənkəran şəhərində Heydər Əliyev Muzeyinin açılışı olmuşdur.

Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi və muzeylə tanış oldu.

Heydər Əliyevin adını daşıyan xatirə parkında yerləşən və ümumi sahəsi 300 kvadratmetr olan muzeydə ulu öndərin büstü qoyulmuşdur.
Ekspozisiya salonunda ümummilli liderin uşaqlıq gənclik illərinə, ötən əsrin 70-80-ci illərində respublikaya rəhbərlik etdiyi dövrə, 1990- ilin yayında Azərbaycana qayıtdıqdan sonrakı fəaliyyətinə, o cümlədən respublikamıza ikinci dəfə rəhbərlik etdiyi illərə, habelə Lənkərana çoxsaylı səfərlərinə dair fotoşəkillər, dahi şəxsiyyətə həsr olunmuş kitablar nümayiş etdirilir.

Muzeydə ümummilli liderin irsini araşdırma mərkəzi, Heydər Əliyev elektron kitabxanası da vardır. Elektron kitabxana 26 dildə fəaliyyət göstərəcək ki, bu da internet məkanında nadir haldır.
Muzeydə monitor vasitəsilə Heydər Əliyevin Lənkərana səfərlərini əks etdirən videokadrlara, sənədli filmlərə baxmaq mümkündür.
Prezident İlham Əliyev muzeylə tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazdı.

Xalq qəzeti.- 2008.- 9 oktyabr.- S. 1.