Masallıda Heydər Əliyev Muzeyinin açılışı olmuşdur

 

Prezident İlham Əliyev oktyabrın 7-də Masallı şəhərində Heydər Əliyev Muzeyinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi.

İkimərtəbəli binanın birinci mərtəbəsindəki ekspozisiya salonunda ulu öndərin büstü qoyulmuşdur.

Muzeydə ümummilli liderin Azərbaycana rəhbərliyinin hər iki dövrünü əks etdirən fotoşəkillər, kitablar və digər eksponatlar toplanmışdır. Burada elektron kitabxana və konfrans salonu da vardır.

Prezident İlham Əliyev muzeyin xatirə kitabına ürək sözlərini yazdı.

Xalq qəzeti.- 2008.- 8 oktyabr.- S. 3.