Neft muzeyinin dizayn-layihəsi üzrə müsabiqə komissiyasının yekun iclası keçirilib

 

"Bakı şəhərində neft muzeyinin yaradılması haqqında" ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq ARDHŞ-də yaradılmış dizayn-layihə konsepsiyası üzrə müsabiqə komissiyasının yekun iclası keçirilib.

İclasda 2008-ci il 10 sentyabr tarixinədək təqdim olunan layihələrə baxılıb. Bildirilib ki, müsabiqə elan olunandan indiyədək komissiyaya ümumilikdə 8 şirkət - "Region" (Azərbaycan), "BRİDGE BORN" İnc. (ABŞ), "Anamorphosis Architects" (Yunanıstan), "TOCA" (Türkiyə), "ALBA DİŞ Tic. və Mobilya" (Türkiyə) şirkətinin Bakı filialı, "Probst Arxitekten Memarlıq və Şəhərsalma" MMC (Almaniya), "HOFFMANN ARCHİTECT" (Avstriya) və "SETEK İNJİNİRİNQ" (Fransa-Rusiya) öz layihələrini müsabiqə komissiyasına təqdim edib. Müsabiqəyə təqdim edilən layihələr bir daha nəzərdən keçirilib. Komissiya üzvləri hər bir layihəni müzakirə edib və öz məzmunu baxımından seçilən "TOCA" şirkətinin layihəsi müsabiqənin qalibi elan olunub.

 

Azərbaycan.- 2008.- 12 oktyabr.- S. 3.